Gözəllik
Saç tökülməsinin qarşısını alan effektiv üsullar
Saçların qırılması və tökülməsi həm daxili, həm də xarici amillərdən asılıdır.
Publika.az xəbər verir ki, bu sözləri kosmetoloq-trixoloq Viktoriya Oşçepkova Lenta.ru-ya müsahibəsində deyib.
"Hamımız bilirik ki, yüksək temperaturda saçların həddindən artıq qurudulması saçın xarici qoruyucu kutikulasını zədələyə və bununla da saçın qırılmasını sürətləndirə bilər. Buraya həm müxtəlif saç lakları, həm də sulfatı çox olan şampunlar, aşağı keyfiyyətli boyalar və manipulyasiyalar daxildir. Bütün bu üsullardan imtina etməklə saçların kövrəkliyinin, qurumasının və qırılmasının qarşısını ala bilərik", - Oşçepkova izah edib.
Ekspert bildirib ki, saçları aşağı temperaturda qurutmaq və termal qoruyucu vasitələrdən istifadə saç baxımının əsas qaydalarıdır. O, mikroelementlərin və vitaminlərin çatışmazlığını daxili amillərlə əlaqələndirib. Mütəxəssis qeyd edib ki, bu, saçın strukturuna təsir göstərə, nəticədə saç köklərinin zəifləməsinə, hətta saç tökülməsinə səbəb ola bilər.
"Zülal və dəmir çatışmazlığı anemiyası, D vitamini çatışmazlığı (bəzən genetik olaraq müəyyən edilir), omeqa yağ turşularının disbalansı, kalsium, maqnezium, selenium, yod kimi mineralların və mikroelementlərin çatışmazlığı, həmçinin qalxanabənzər vəzi ilə əlaqəli hormonal pozğunluqlar müxtəlif xəstəliklərlə yanaşı, saç tökülməsinə də səbəb olur. Vaxtında diaqnoz qoyularsa və müalicə edilərsə, saçdakı dəyişikliklərin qarşısını ala və ya saçtökülməni dayandırmaq mümkün ola bilər. Odur ki, trixoloqlardan məsləhət almaq, hətta profilaktik baxımdan da vacibdir", - trixoloq yekunda bildirib.
Aytən Məftun
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









