Gözəllik
Dermatoloq dəridə qırmızı nöqtələrin yaranma səbəblərini açıqladı
Həyat boyu bir insanın dərisində angiomalar, kiçik qırmızı xallar görünə bilər. Onlar əsasən intoksikasiya, günəş yanığı və müəyyən xəstəliklər səbəbindən yaranır.
Publika.az xəbər verir ki, bu barədə dermatoloq, mikoloq, trixoloq, bədən korreksiyası üzrə mütəxəssisi Mariya Vasilyeva Lenta.ru-ya müsahibəsində danışıb. Onun sözlərinə görə, bu cür formasiyalar daha çox bədənin yuxarı yarısında yerləşən və insana yalnız estetik narahatlıq gətirən genişlənmiş qan damarlarının dəstələridir.
"Angiyomanın meydana gəlməsinin səbəbi həm intoksikasiya, günəş yanığı, həm orqanizmdə hormonal dəyişikliklər, həm də ürək-damar sistemi xəstəlikləri, qaraciyər və öd kisəsi xəstəlikləri ola bilər. Lakin formasiyaların ortaya çıxamasında əsas rolu genetik meyllilik oynayır", - həkim bildirib
O, vurğulayıb ki, qırmızı xalların özləri təhlükəli deyil, lakin angiyomanın meydana çıxmasına səbəb olan amillərə diqqət yetirilməlidir. Dəridə belə dəyişikliklər qəfildən görünsə, terapevtə göstərmək lazımdır. Xallar isə ekspertin sözlərinə görə, kosmetoloqun ofisində ağrısız şəkildə çıxarıla bilər.
Aytən
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









