Gözəllik
Kimlərə botoks etdirmək olmaz?
Botoks hər yaşda dərisini yaxşı formada saxlamağa çalışan qadınlarının (bəzən kişilərin də) sevimli proseduruna çevrilib. Botulinum toksininin təsiri əzələdə sinir impulslarının ötürülməsini maneə törətməklə əldə edilir.
Publika.az xəbər verir ki, bu sözləri dermatoveneroloq Yekaterina Şostak Sankt-Peterburq telekanalına müsahibəsində danışıb. O, iynələrə əks göstərişlərin səbəblərini və inyeksiyaların nəticələrini ətraflı izah edib.
Həkim qeyd edib ki, botulinum toksini estetik təbabətdə ən çox öyrənilən dərmandır. O, əzələ daralmasına səbəb olan asetilkolin nörotransmitterinə təsir göstərir, yəni dərmanın özü əzələlərə və sinirlərə təsir göstərmir.
"Son məlumatlara görə, sinir sinapslarında olan asetilkolin preparatla bloklanması 30 dəqiqə ərzində baş verir. Dərmanın daha güclü təsir göstərməsi və təsirinin daha güclü olması üçün pasiyentə aktiv hərəkətlər etməyi, daha qaşqabaqlı dayanmağı tövsiyə edirik.
Neyroproteinlərin təsiri artıq ilk gündə və ya bir həftə ərzində özünü göstərir. Ancaq yenə də prosedurun yekun nəticəsi inyeksiyadan yalnız 14 gün sonra qiymətləndirilməlidir. Əgər heç bir təsir yoxdursa, o zaman dərmanın dozası az olub, bu halda yenidən kosmetoloqunuzla əlaqə saxlaya bilərsiniz.
Botoks inyeksiyalarına əks göstərişlər arasında kəskin yoluxucu xəstəliklər, immun çatışmazlığı və qızdırma var. Həmçinin 18 yaşdan kiçik olanlara botoks vurulmamalıdır", - Şostak məsləhət görüb.
Aytən Məftun
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









