Gözəllik
Mükəmməl dərinin sirri - Model gözəllik fəndlərini bölüşdü
Artıq bir neçə ildir ki, amerikalı model Heyli Biber gözəllik sənayesinin ən yaxşı influenserlərindən biri sayılır. Hər şey hamar dəridən başladı və sonda ötən yayın əsas hitinə çevrildi.
Publika.az xəbər verir ki, indi Heylinin etdiyi hər hansı bir saç düzümü, makiyaj və ya manikür dərhal dəb statusunu alır və bir neçə gün ərzində "TikTok"da milyonlarla izləyici toplayır. Nəticə etibarı ilə gənc qızların çoxu ondan ilhamlanaraq öz stilini yaradır. Heyli həm də gözəllik sirlərini bölüşməyin əleyhinə deyil.
Böyük Britaniyada olarkən şəxsi komsetika brendi "Rhode"un təqdimatı şərəfinə ulduz "Glamour UK"ə böyük bir müsahibə verib. O, jurnala müsahibəsində istifadə etdiyi məhsullarla yanaşı, hər kəsin asanlıqla tətbiq edə biləcəyi bir neçə praktik gözəllik rituallarını da bölüşüb.
Makiyaj edərkən dərisinin təbii görünməsi üçün Heyli bir neçə fənddən istifadə edir. Birincisi, o, üzü parıldayana qədər yaxşı nəmləndirir. İkincisi, nəmləndiricilərin tamamilə dəriyə hopmasını heç vaxt gözləmir. Sadəcə 1-2 dəqiqə gözləmək və dərhal tonu tətbiq etməyə davam etmək kifayətdir. Beləliklə, tonal krem dəridə daha oturur və səliqəsiz görüntü yaratmır. İkincisi, kremi düzgün seçmək vacibdir. Teksturası çox sıx olmamalıdır və dərinin toxumasını tamamilə örtməlidir - sadəcə tonu bərabərləşdirin. Heyli parlaq bitişli su əsaslı məhsullara üstünlük verir, çünki onlar dəridə daha təbii görünür.
Kontur məhsulu əvəzinə model bronzer və ənlikdən istifadə edir. Onlarla üzün relyefini vurğulayır, lakin bunu da daha incə və təbii edir. Heyli hər iki məhsulu yumşaq tüklü bir fırça ilə tətbiq etməyi və sərt xəttlərdən qaçaraq yaxşıca qarışdırmağı məsləhət görür. Ənlik və bronzerdən sonra ulduz almacıq sümüklərinin altına bir az konsiler sürtməyi tövsiyə edir. Bu hiylə kontrastı artırır, eyni zamanda olduqca təbii görünür. Dodaqların isə vizual olaraq daha dolğun olması üçün onları qəhvəyi qələmlə haşiyəyə almaq və şəffaf bir balzam tətbiq etmək kifayətdir.




-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









