Gözəllik
Dəridə qara nöqtələrin yaranmasının əsas səbəbləri
Dermanevratoloq Azər Şamilov yay aylarında dəriyə qulluq qaydalarından danışıb.
Publika.az həkimlə müsahibəni təqdim edir:
- İsti hava dəriyə necə təsir edir?
- İsti hava dəri xəstəliklərini aktivləşdirə bilər. Bu, əsasən ağ dəri tipi olan insanlarda rast gəlinir. Rozasea (qırmızı üzlü insan) diaqnozlu pasientlər yay aylarında xüsusilə diqqətli olmalıdılar. Göbələk infeksiyaları da isti fəsillərdə aktivləşhməyə meyllidir.
- Yayda dəri qulluğunda əsas nələrə diqqət etməliyik?
- Yay aylarında 1-ci növbədə dəri tipinə uyğun SPF kremlər seçilməlidir. Özəlliklə ləkə problemi yaşayan insanlar SPF-dən aktiv istifadə etməlidilər. Dəri nəmliyini qorumaq üçün nəmləndirici bərpaedici kremlərin istifadəsi tövsiyə olunur. Üz, boyun və dekolte bölgəsini də yaddan çıxarmaq olmaz.

- Qırışlardan başqa hansı simptonlar dərinin yaşlılıq əlamətləri sayılır?
- Dərialtı yağ yastıqları və kollagen itkisi ümumi üzün cizgilərinin yer dəyişməsinə səbəb olur. Üz nahiyəsindəki sallanmalar da yaşlılıq əlamətləridir.
- Aydındır ki, heç bir krem artıq üzümüzdə iz qoymuş qırışları və cizgiləri yox etmək gücünə malik deyil. Eyni halı məsamələrə də aid etmək olar? Yoxsa, bu məsələdə vəziyyət daha ürəkaçandır?
- Məsamələr zamanla formasını dəyişərək genişlənməyə başlayır, yağ, dekoratik kosmetika və ətraf-mühitin yaratdığı kirin toplanması nəticəsində qara nöqtələrə çevrilə bilir. Məsamələrin tamamilə bağlanması və itməsi mümkün deyil. Lakin zamanında müdaxilə olunarsa, estetik görünüş bərpa oluna bilir.
- Nə kimi müdaxilələr olunur?
- Estetik prosedurlar müxtəlifdir. Prosedur xəstənin yaşına və dəri növünə əsasən təyin olunur.
- Məsamələr adətən hansı yaşda özünü göstərməyə başlayır?
- Yetkinlik yaşından başlayaraq üzə çıxa bilir.
- Ümumiyyətlə dərimiz üçün ən ideal hava temperaturu neçədir?
- 30 dərəcə civarında olan hava ideal sayılır.
- Azərbaycanlı xanımların dəri tipi hansı qrupa aid edilir? Xanımlarımız dərilərini iqlimin təsirlərindən qoruya bilirlərmi?
- Respublikamızda müxtəlif xalqların yaşaması nəticəsi olaraq müxtəlif dəri tiplərinə rast gəlmək olur.
Aytən Məftun
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı


























.jpg)








