Gözəllik
Təhlükəsiz "zaqar"ın sirri açıldı
Günəş əhval-ruhiyyəni yaxşılaşdırsa da, yanmaq və günvurma kimi riskləri də var. Küçədə istirahətin və ya günəş vannalarının sağlamlıq problemlərinə səbəb olmasını istəmirsinizsə, sadə qaydalara riayət etmək lazımdır.
Publika.az xəbər verir ki, bu barədə həkim-dermatoloq Nigina Kuzmina danışıb. Belə ki, o, kəskin piqmentasiyası olan insanları antibiotik kursu alarkən günəş vannası qəbul etməməyə çağırıb. Saat 11-dən 4-ə qədər günəşdə qalmaq olmaz. Günəş vannası qəbul etdikdən sonra isə dəri nəmləndirilməlidir. Mütəxəssis Günəşdən qoruyucu kremləri xüsusilə tövsiyə edib.
"SPF-li krem dərhal yox, tətbiq edildikdən 15-20 dəqiqə sonra təsir göstərməyə başlayır. Dərinin hər kvadrat santimetrinə iki milliqram SPF tətbiq edilməlidir. Onu həm çölə çıxmazdan əvvəl çəkmək, həm də 2-3 saatdan bir yenilənməsi çox vacibdir.
Bundan əlavə, ultrabənövşəyi indeksə nəzarət etməlisiniz. Yayda beta-karotinli meyvə və tərəvəzlər yemək lazımdır: pomidor, balqabaq, yerkökü və qırmızı bibər. Bundan əlavə, isti mövsümdə giləmeyvələr də rasiona daxil olmalıdır: böyürtmək, moruq, qara qarağat və gavalı. Onların hamısının aktiv antioksidant təsiri var.
Aktiv günəş vannasının fonunda çoxlu sayda sərbəst radikallar əmələ gəlir ki, bu da sonradan xroniki iltihaba, bədxassəli şişlərin əmələ gəlməsinə, piqmentasiyaya və s. səbəb ola bilər. Antioksidant maddələr sərbəst radikalları orqanizmdən çıxarır", - ekspert "Sankt-Peterburq" telekanalına çıxışında bildirib.
Aytən Məftun
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









