Gözəllik
Kosmetikadan istifadə edirsinizsə, bu səhvə yol verməyin!
Yayda makiyajı yüngülləşdirmək və dərinin "nəfəs almasına" imkan vermək lazımdır. Bu zaman sıx teksturalı kremləri daha yüngül serumlar, emulsiyalar və ya kremlərlə əvəz etmək lazımdır.
Publika.az xəbər verir ki, bu sözləri kosmetoloq Mariya Qrişina Lenta.ru-ya müsahibəsində danışıb.
"Sıx teksturalar üzə lazımsız maska effekti yaradır və məsamələri ciddi şəkildə bağlayır. Bu xüsusilə yağlı və məsaməli dərisi olan insanlara mənfi təsir göstərəcək. Yayda qidalandırıcı kremlər seçmək daha yaxşıdır, çünki qış mövsümündən sonra dəri çox susuz qalır. Gün ərzində termal sudan istifadə edib üz, boyun və dekolte bölgələrinə səpmək çox faydalıdır. Beləliklə, dəri qidalanaraq gəncliyini və gözəlliyini daha uzun müddət saxlayacaq", - kosmetoloq qeyd edib.
Həmçinin bütün yayı evdə, avtomobildə və ofisdə keçirsəniz belə SPF qoruyucu kremləri unutmayın. Beləliklə, mənfi günəş işığından və piqmentasiyadan qorunma təmin ediləcək. Sıx tonal məhsullar yüngül BB və ya CC kremləri ilə əvəz edilməlidir. Yayda skrablar əvəzinə, köpüklər və emulsiyalar istifadə etmək tövsiyə olunur. Əks təqdirdə, müxtəlif növ dermatit və piqmentasiyanın yaranması riski yüksəkdir.
Aytən
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









