Bunu edən qızların NƏZƏRİNƏ: İltihab, qançırlar və korluq riski
Bizi izləyin

Gözəllik

Bunu edən qızların NƏZƏRİNƏ: İltihab, qançırlar və korluq riski

Bunu edən qızların NƏZƏRİNƏ: İltihab, qançırlar və korluq riski

Bella Hadidin göz quruluşuna sahib olmaq arzusunda olan qadınların sayı-hesabı yoxdur. Təəccüblü deyil, çünki qıyıq göz forması qadını xüsusilə sirli göstərir və üz vizual olaraq cavanlaşır. "Tülkü göz" effektinə bir çox yolla nail ola bilərsiniz, lakin onların əksəriyyəti bir aydan çox qalıcı olmur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda Viktoriya Bonya belə bir əməliyyat etdirməyə qərar verib. Teleaparıcı uzun müddətdir ki, Hadidin əməliyyatını həyata keçirən cərrahı axtardığını və digər mütəxəssislərin əlinə keçməkdən qorxduğunu bildirib, hətta onların işlərini dəhşətli adlandırıb. Prosedur ucuz deyil, Viktoriya bunun üçün 19 milyon rubl (təxminən 358 min manat) ödəməyə hazırdır. Bəs gözlərin formasını dəyişmək nə qədər təhlükəsizdir? Bu suallara plastik cərrah Mədinə Bayramova cavab verib.

O, bildirib ki, "tülkü göz" effekti gözün xarici küncünü və qaşın xarici kənarını qaldıran manipulyasiya sayəsində əldə edilir. Effekti müxtəlif yollarla əldə edə bilərsiniz, lakin həkimlərin çoxu etiraf edirlər ki, bu zaman effekt bir aydan çox qalmır.

"Son vaxtlar '' tülkü gözləri '' adlanan sap qaldırma proseduru dəbə minib. Bu, aydın bir effekt verir, ancaq ilk bir neçə gündə. Sonra toxumalar öz yerinə köçür və reabilitasiya bitdikdən bir ay sonra gözün küncünü və qaşın quyruğu ilkin vəziyyətə qayıdır. Effektiv deyil və ağrılıdır, üstəgəl iltihab, hematomlar kimi, bir çox yan təsirləri var. Saplar istənilən effekti əldə etmir.

Botulinum toksinləri və dolğular gözlərə qıyıq forma verə bilər, lakin çox qısa müddətə. Bircə əməliyyat uzunmüddətli nəticə verəcək. Burada da bir çox variant var: blefaroplastika, temporal liftinq, lateral kantoplastika. Sonuncuda kiçik bir kəsik edilir və xarici künc tikilir ki, mövqeyi daha yüksək olsun. Bu, yüksək invaziv əməliyyat deyil, əks təsirləri isə minimumdur. Ən populyar və müasir üsul, endoskopik temporal qaldırma üsuludur. O, ən çox axtarılan və ən bahalı əməliyyatdır. Baş dərisində kəsiklər edilir. Endoskopun köməyi ilə həkim qaşüstünün ucuna keçir və qaşı lazımlı vəziyyətə çəkir. Oxşar manipulyasiyalar gözün küncünə də edilə bilər" - cərrah bildirib.

Ekspert əlavə edib ki, hər hansı bir əməliyyatda olduğu kimi, burda da hər şey həkimin bacarıq və təcrübəsindən asılıdır. Həm də orqanizmin fərdi xüsusiyyətlərindən. Unutmayın ki, istənilən əməliyyat həmişə immun sisteminə zərbədir.

“Müxtəlif infeksiyaların və fərdi reaksiyaların riskini istisna etmək olmaz. Kimsə üçün hər şey ağrısız gedir, kimsə iltihabla, hematomlarla qarşılaşır. Xüsusilə kritik hallarda görmə problemləri, sinir uclarının zədələnməsi ola bilər. Əgər bir şey səhv olarsa, sap qırıla bilər və o zaman onun başqa bir anatomik sahəyə uzaqlaşması riski var ki, bu da özlüyündə çox xoşagəlməzdir. Üstəlik, kəsiklər edilərsə, çapıqlar və ya izlər qala bilər", - həkim yekunda vurğulayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm