Gözəllik
İvanka Tramp arıqlamaq üçün hər səhər nə içir? - İksir açıqlandı
“Amerika şahzadəsi” adlandırılan üç uşaq anası bir neçə sağlam vərdiş sayəsində incə bədən quruluşunu qoruyub saxlaya bilir. Bu məsələdə ona faydalı kokteyllər kömək edir.
Publika.az oxucuları sabiq Amerika prezidenti Donald Trampın qızı İvanka Trampın gözəllik sirləri ilə tanış edir.
Xəbər verdiyimiz kimi, İvanka Tramp bu yaxınlarda Kosta-Rikada sörfinq edərkən çəkilmiş fotosunu paylaşıb. İvanka fit bədən ölçüləri ilə pərəstişkarlarını bir daha özünə heyran qoyub. İzləyiciləri qeyd ediblər ki, milyarder qızı üç uşaq dünyaya gətirsə də, incə və zərif qala bilib. İvankanın sözlərinə görə, o, həm evdə gündəlik idmanla məşğul olur, həm də pəhriz saxlayır.
Donald Trampın bəzən "Amerikalı şahzadə" çağırılan qızının öz sözləri ilə desək, meditasiya etmək və ya məşq etmək üçün hər səhər 5:30-da oyanır. O, adətən evdə yoqa, pilates və rəqsi birləşdirən "fyujn məşqi" ilə məşğul olur. Amerika prezidentinin keçmiş müşaviri müsahibələrinin birində bildirib ki, uşaqları yuxudan oyanmazdan əvvəl günə başlamağı xoşlayır ki, səhərlər bütün diqqəti onlara yönəldə bilsin.
"Meditasiya hər gün etdiyim ən vacib işlərdən biridir. 20 dəqiqə meditasiya edirəm, ideal olaraq gündə iki dəfə. Bəzən günorta seansını buraxıram, amma səhər sessiyasına həmişə gedirəm. Fikrimi sakitləşdirmək və daha aydın düşünməyə imkan vermək baxımından əvəzsizdir.
İvanka günə "limonlu böyük bir stəkan su" və sonra "böyük bir fincan qəhvə" ilə başlamağı sevir. Onun səhər yeməyi adətən “ya yunan yoqurtu və giləmeyvə, ya da yulaf sıyığından ibarət olur. İçinə isə çia toxumu, giləmeyvə, kətan toxumu, qoji giləmeyvə, darçın, qoz və badam kimi, hər cür əlavələr etməyi sevir.
"Eat This, Not That!" jurnalına müsahibəsində. uşaq sahibi olmazdan əvvəl "yeniyetmə kimi yemək yediyini", indi isə daha düzgün qidalandığını etiraf edib. Donald Trampın qızı hamiləlikdən əvvəl gündə üç dəfə makaron və ya pizza şəklində karbohidratlar yediyini bildirib.
"Sonra yeni rejimə öyrəşdim. Yavaş-yavaş daha sağlam olan bu seçimlərdən həzz almağa başladım. İndi sağlam qidalanma mənim üçün normadır, xüsusən səhər yeməyi və nahar", - İvanka qeyd edib.
Səhər limonlu suya gəlincə, bu "arıqlama resepti" müzakirə mövzusu olaraq qalır. Bir çox insan limonun artıq çəkiyə heç bir təsiri olmadığına inanır, lakin başqa səylər göstərildiyi təqdirdə bu vərdişin bədənə müsbət təsiri istisna edilmir. Həssas mədəsi olan insanların səhhətində problem yaşamamaq üçün acqarına limonlu su və kofe içməsi isə məsləhət deyil.
Aytən
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO



































