Gözəllik
Göz ətrafında qara halqaların yaranmasına səbəb nədir?
Gözlər altında qaralıq yuxusuzluq, bədənin fərdi xüsusiyyətləri və oksigen çatışmazlığı səbəbindən görünə bilər.
Publika.az xəbər verir ki, bu sözləri Gazeta.ru-ya açıqlamasında kosmetoloq Mariya Martınova deyib.
"Hər şeydən əvvəl, göz altındakı qara halqalar istirahətin olmamasından xəbər verə bilər. Bu amil sayəsində dəri daha solğun görünür, göz ətarfı dəri daha incə olduğundan ləkələr daha aydın nəzərə çarpır. İkinci səbəb orbital zonanın strukturunun fərdi xüsusiyyətidir. Bu insanların dərisi çox nazikdir, yağ təbəqəsi demək olar ki, sıfırdır, üstəlik göz ətrafında çoxlu kiçik kapilyarlar var.
Bədənin oksigen çatışmazlığı və susuz qalması nəticəsində də göz altında göyərmələr də görünə bilər. Bu hallarda qanın mikrosirkulyasiyası pozulur, dəri qalınlaşa, rəngi isə tündləşə bilər", - ekspert müsahibəsində bildirib.
Əgər yuxu və kifayət qədər su qəbulu gözlər altındakı qançırlar ilə mübarizədə kömək etmirsə, o zaman kosmetik vasitələrdən istifadə edə bilərsiniz. Ancaq bu cür məhsullarda hansı komponentlərin olması lazım olduğunu bilmək vacibdir. Mütəxəssis orbital zona üçün vitamin C, niasinamid və troxerutin olan kremlər və gellər seçməyi məsləhət görüb. Kofein ekstraktı da faydalı olacaq. Dərini günəşdən qorumaq üçün əlavə olaraq peptidlər və UV filtrləri olan məhsullar da istifadə bilərsiniz.
Aytən
-
Rəsmi xronika09:52YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab













.jpg)

.jpg)



















.jpg)

