Gözəllik
"Barbi" manikürü bu yayın trendi olacaq - FOTO
Ən son filmlərin siyahısını izləməsəniz belə, yəqin ki, Qreta Qerviqin "Barbie" filmi haqqında eşitmisiniz. Baş rolda Marqo Robbinin oynadığı məşhur kuklanın hekayəsi şübhəsiz ki, ilin və bəlkə də son bir neçə ilin ən çox gözlənilən filminə çevrilib. Ətrafında belə bir ajiotaj yaranan "Barbi"nin obrazları artıq trendlər arasında yer alıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Marqo Robbinin kəskin şəkildə artan populyarlığı ilə birlikdə, barbi saçları, makiyajı, hətta manikürü də aktual olmağa başlayıb. Əgər kukla obrazına bürünməyə hazır deyilsinizsə və ya sadəcə çəhrayı rəngi çox sevmirsinizsə, sizə manikürdən başlamağı məsləhət görürük. Məsələn, Marqo Robbinin bu yaxınlarda seçdiyi sadə və lakonik manikürü hər bir obrazla uyğunlaşacaq.
Bu yaxınlarda filmin reklam kampaniyası çərçivəsində Seula yollanan aktrisa ənənəvi olaraq orijinal kuklanın obrazından ilhamlanan paltar geyinib və onu təsirli manikürlə tamamlayıb. Marqonun dırnaqlarının əsas hissəsi açıq çəhrayı lak ilə örtülüb və "ucları" vəziyyətə ən uyğun olan "Barbie Pink" adlanan rəngə boyanıb. Biz fransız manikürünü uzun dırnaqlarda görməyə öyrəşmişik, lakin bu seçim Marqonun kifayət qədər qısa dırnaqlarında gözəl görünür.
Aktrisanın etdiyi kimi onlara oval forma verə bilərsiniz və ya yumşaq kvadrat seçə bilərsiniz, bu seçim daha rahatdır, lakin effekt baxımdan heç də o birindən geri qalmır. Çalarlarla sınaqdan keçirməkdən qorxmayın: solğun çəhrayı və "Barbie Pink" birləşməsi sizin xoşunuza gəlmirsə, bu rəngin digər çalarlarını da sınaqdam keçirin. Onların bir-biri ilə ahəng içində olması vacibdir və onlardan biri daha tünd qalmalıdır. Bu dizayna səliqəli bəzəklər də əlavə edə bilərsiniz.
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi



























.jpg)








