Gözəllik
Günəşin saçlara vurduğu zərər: Bərpası üçün bunları edin
Baş dərisi və saç kökləri bütün bədən kimi, ultrabənövşəyi radiasiyaya məruz qaldıqda stress keçirir. Günəşə aktiv məruz qalmaq saçın strukturunun zədələnməsinə, rənginin solğunlaşmasına, qurumasına, kövrəkliyinin artmasına səbəb ola bilər, həmçinin baş dərisinin quruması, həssaslaşması, qabıq verməsi və mövcud xalların böyüməsi müşahidə olunur. Bundan əlavə, hətta seboreik dermatitin kəskinləşməsi və saç tökülməsi riski də artır.
Publika.az xəbər verir ki, bu sözləri kosmetoloq, trixoloq Viktoriya Oşçepkova Lenta.ru-ya müsahibəsində deyib. Həkim tətil zamanı və sonra saçlara qulluq etmək barədə danışıb.
"Unutmayın ki, qarşısının alınması həmişə müalicədən daha yaxşıdır, ona görə də yayda ən yaxşısı papaq taxmaq və saçınızın uzunluğu boyunca günəşdən qoruyucu spreylərdən və ya saçlar üçün xüsusi balzamlardan istifadə etməkdir. Ancaq profilaktik tədbirlər görmədən günəş altında olsanız, o zaman həm baş dərisinin, həm də saçların xüsusi bərpaya ehtiyacı olacaq", - həkim qeyd edib.
Trixoloq Viktoriya Oşçepkova günəşdən zədələnmiş və yanmış saçlar üçün aşağıdakılardan istifadə etməyi məsləhət görür:
Baş dərisi üçün bərpaedici və sakitləşdirici maskalar quruluğu və solğun görünüşünü azaldacaq;
Baş dərisi və saç üçün minerallaşdırıcı losyonlar antioksidan xüsusiyyətlərə malikdir;
Saçın uzunluğu boyunca kondisionerlər, balzamlar, serumlar və maskalar çəkin, onların tərkibindəki seramid saçları nəmləndirir ki, bu da saçın xarici qabığını bərpa etməyə kömək edir.
Ultrabənövşəyi radiasiyaya məruz qaldıqdan sonra baş dərisini bərpasından əlavə, həkim mikro cərəyan terapiyasını, baş dərisinin plazma terapiyasını, vitaminlər və antioksidantlarla mezoterapiyanı etməyi məsləhət görüb. Problem ciddidirsə, trixoloqa müraciət edin.
Aytən
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı


































.jpg)
.jpg)

.jpg)