Gözəllik
Üzünüzdəki yağ sizi başqalarının gözündə "üzüqara" edə bilər - MƏSLƏHƏT
Üzdə yağlı bir parıltının olması ilk növbədə dəri sebumunun (yağ) hiper istehsalı ilə əlaqələndirilir.
Publika.az xəbər verir ki, bu sözləri dermatoloq-kosmetoloqu, mikoloqu Nana Nosareva Lenta.ru-ya müsahibəsində danışıb.
"Əgər siz yağlı və ya qarışıq dəri tipinə sahibisinizsə, gün ərzində üz parıltısının qarşısını almaq olmur, bu təzahürü minimuma endirmək üçün ilkin olaraq evdə bu dəri tipinə uyğun baxım və kosmetik korreksiya planı qurmaq vacibdir. Əgər normal və ya quru dəri tipinə sahibsinizsə və birdən-birə yağlılıq, hətta səpgilər yaranmağa başlayıbsa, problemi dərhal həll etmək lazımdır", - ekspert bildirib.
O, artan sebum istehsalının hormonal dəyişikliklərin əlaməti ola biləcəyinə diqqət çəkib. Həmçinin həkim qeyd edib ki, uzun müddət günəşə məruz qalmaq, iqlim dəyişikliyi, səhv qulluq və evdə qulluq zamanı kəskin spirt tərkibli məhsullarından istifadə dəridə yağlılığın artmasına gətirib çıxarır. Bundan əlavə, həzm sisteminin pozulması, stress, peşəkar idman və fiziki həddindən artıq iş də buna səbəb ola bilər.
Üz dərisinin yağlı parıltısının qarşısını almaq üçün həkim, mümkünsə, yuxarıda göstərilən bütün təhrikedici amilləri istisna etməyi tövsiyə etdi. Bu parıltını aradan qaldırmaq üçün üzün təmizlənməsinə xüsusi qayğı göstərmək lazımdır, məsələn, mat salfetlərdən istifadə etmək, gigiyenik təmizləmə və digər prosedurları vaxtında aparmaq lazımdır.
Aytən
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu



























_(1).jpg)









