Gözəllik
Hovuzdan görüntüləri ilə gündəm olan ulduz sirrini bölüşdü - VİDEO
56 yaşlı Salma Hayek cavanlıq sirlərindən danışıb.
Publika.az xəbər verir ki, aktrisa “Let's Talk Off Camera” podkastında qonaq olub və aparıcı Kelli Ripanın botoksla bağlı suallarına qətiyyətlə cavab verib.
"Botoks yoxdur! Heç vaxt botoks iynələrinə əl atmamışam, gəncliyimin sirrini özüm üçün hazırladığım müntəzəm meditasiyalara borcluyam. Bədənimin xüsusiyyətlərinə və sağlamlıq problemlərinə görə qeyri-adi bir meditasiya inkişaf etdirdim", - deyən Salma gündə bir neçə saat meditasiya edə bildiyini bildirib.
Onun meditasiya üsulları hamıya tanış olan üsullardan fərqlənə bilər və aktrisanın fikrincə, onlarda ən vacib şey enerji hissidir.
"O, sizin daxilinizdə hərəkət edir və rəqs edir, müxtəlif hiss və duyğular yaradır. Ona görə də mən tez-tez kənar səslər ilə təcrübə aparıram", - təbii yaşlanma tərəfdarı olduğunu vurğulayan aktrisa əlavə edib.
Bir çox insan meditasiyanı yaşlanmaya qarşı bir "müalicə" növü hesab etmir: məsələn, aktrisanın əri, fransız iş adamı və "Kering" şirkətinin baş direktoru Fransua Anri Pino qocalma əleyhinə meditasiyaların effektivliyinə inanmır, lakin Salma bunun təsirli olduğuna əmindir.
"Mən məşq edəndə və otaqdan çıxanda insanlar mənə deyirlər: Aman Allahım. Yenə 20 yaşında görünürsən", - Salma bildirib.
"Frida" filminin qəhrəmanı meditasiyanı müvəqqəti dayandıran kimi üzünün və bədəninin dərisinin daha solğun göründüyünü və sallanmağa başladığını müşahidə edib.
Məlumat üçün bildirək ki, aktrisa bu yaxınlarda hovuzda üzərkən bikinili görüntülərini paylaşmışdı. O, paylaşdığı bu kadrlara qeyd edib ki, idman etməkdən nifrət etsə də, suda rəqs edərək xoş anları qeyd etməyi sevir. Bu kadrlara baxanda, Meksika gözəlinin 56 yaşı olduğuna inanmaq həqiqtən çətindir.
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı
-
Hadisə12:40"Arzum" azadlığa buraxıldı
-
Dünya12:24Nadir hadisə: Tək yumurtadan dördəm doğuldu - FOTO
-
MDB11:30Rusiyanın cənubuna güclü hücum – Müdafiə Nazirliyi bəyanat yaydı
-
Nida Xəbər 10:51Əli Əsədov qərar imzaladı







































