Gözəllik
“Çılpaq” göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?
Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı, asanlıqla icra olunmasına və möhtəşəm nəticələrə baxmayaraq, hər kəs tərəfindən bəyənilmir. Əgər siz onlardan birisinizsə, "çılpaq" göz makiyajını sınaya bilərsiniz.
Publika.az xəbər verir ki, bu makiyajın əsas vəzifəsi odur ki, göz qapaqlarında şəffaf bir effekt yaratsın.
"Çılpaq" makiyaj trendi yaxınlarda formalaşmasına baxmayaraq, onu öz üzündə həyata keçirən ulduzlar artıq var. Məsələn, Cici Hadid Kann Film Festivalının qırmızı xalçasına belə makiyajda çıxmışdı. Həmçinin Kayli Jennerin kosmetika brendinin reklam kampaniyası makiyajın populyarlığını daha artırdı. TikTok istifadəçiləri ulduzun fotolarını çox bəyəndilər və bir neçə gün ərzində “çılpaq” makiyaj sosial şəbəkədə əsl hitə çevrildi.
"Çılpaq" makiyajı təkrarlamaq heç də çətin deyil. Bunun üçün üst-üstə çəkə və yaya biləcəyiniz orta piqmentli tutqun kölgələrə ehtiyacınız olacaq. Öz kölgənizi seçin: bej-qəhvəyi və ya boz-qara ola bilər - hamısı dəri tonunuzdan və şəxsi məziyyətlərinizdən asılıdır.
Kölgələri çox diqqətlə tətbiq edin, şəffaflığın təsirini qorumaq üçün diqqətlə qarışdırın və ya yayın. Gözlərinizin daha böyük görünməsi üçün gözün xarici küncünə kəskin kontrastlardan qaçmaq şərtiylə bir qədər tünd çalarlardan istifadə edə bilərsiniz. Gündüz "çılpaq" makiyaj edirsinizsə, göz kölgələrini yalnız tuş ilə tamamlamalısınız. Daha parlaq bir axşam versiyası üçün yuxarı və aşağı kirpik xətlərini vurğulamağı və oxlar əlavə etməyi məsləhət görürük.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı


































.jpg)
.jpg)

.jpg)