Gözəllik
Bu meyvə sağlam dəri rəngini geri qaytaracaq
Sağlam qidalanma insan orqanizmində qocalma prosesini ləngidə bilər, hətta bəzi meyvələr var ki, sağlam dəri rəngini geri qaytarır və müəyyən qədər cavanlaşdırıcı təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Zoya Boqdanova məlumat verib.
"İnsan bədənində həddindən artıq miqdarda sərbəst radikallar oksidləşdirici stressə və yaşlanma proseslərinin sürətinin artmasına səbəb ola bilər. Düzgün qidalanma bu riski azaldır.
Gözəllik və gənclikdən danışsaq, gavalı üzün dərisi üçün faydalıdır. O, A və B qrupunun vitaminləri ilə zəngindir, tərkibində çoxlu maqnezium, dəmir, kalsium, həmçinin sərbəst radikalları zərərsizləşdirən maddələr var. Odur ki, ki, gavalıdan istifadə qocalma prosesini, yəni hüceyrələrin oksidləşməsini ləngidir, həm də dəri elastikliyini bərpa edir. Nəticədə dəri daha hamar və elastik olur", - dietoloq "Sputnik" radiosuna müsahibəsində bildirib.
Ancaq hər yerdə olduğu kimi burada da ölçünü bilmək lazımdır. Dietoloq izah edib ki, əgər siz gündəlik 300 qram aşağı glisemik meyvə, o cümlədən gavalı yeyirsinizsə, bu, dəri və dəriyə optimal müsbət təsir göstərəcək.
Çoxları pəhriz əlavələri və gialuron turşusu köməyi ilə gəncliyini qorumağa çalışır. Bununla belə, kosmetoloqun fikrincə, onlar istənilən effekti vermirlər. Üstəlik, pəhriz əlavələri böyrəklərə böyük bir yük yaradaraq bədənə zərər verir.
Aytən Məftun
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı


























_(1).jpg)









