Gözəllik
Dodağınızı büzməyin - Payızın dəbi olacaq pomada trendləri açıqlandı - FOTO
Yeni mövsümə hazırlıq tendensiyaları öyrənməklə başlamalıdır. Və bu təkcə modaya deyil, həm də gözəllik trendlərinə aiddir. Makiyaj ustaları ilk növbədə pomada çalarlarına diqqət yetirməyi məsləhət görür, çünki bu məhsul bir neçə saniyə ərzində möhtəşəm makiyaj yaratmağa imkan verir.
Publika.az oxucuları payızın pomada trendi ilə tanış edir.
Alqırmızı

Qırmızı bu mövsümün əsas rənglərindən biridir. Demək olar ki, hər kolleksiyada bir dənə də olsa qırmızı paltar var və bir çox moda evi ümumi görünüşü eyni rəngli dodaq boyası ilə tamamlamağı təklif edir. Əgər görünüşünüzdə bu qədər qırmızıya hələ hazır deyilsinizsə, "David Coma" şousunda olduğu kimi ağ obrazı qırmızı pomada ilə trendi dəstəkləyə bilərsiniz. O, tutqun, isti və ya soyuq alt tonlarla ola bilər, zövqünüzü oxşayan bir rəng seçin. Gün ərzində makiyajınızı qırmızı pomada vurğulayın, romantik axşam görüşlərində isə gözlərinizə qrafik oxlar əlavə edin.
Neytral

Dodaqlarını parlaq rənglərlə boyamağa öyrəşməyənlər üçün daha minimalist, lakin o qədər də məşhur olmayan bir tendensiya var - bej pomada. Bu rəng dodaqların tonuna mümkün qədər yaxın olmalıdır: mükəmməl nümunə olaraq "Chloé" şousunu göstərmək olar. Çox tünd və ya çox qəhvəyi çalarları unudun, bu pomada dodaqlarda demək olar ki, görünməz olmalıdır. Belə pomada təbii makiyaj trendinə də mükəmməl uyğunlaşacaq, həmçinin gözlərə daha çox diqqət yetirməyə imkan verəcək.
Tünd qırmızı

Qırmızı rəng sizə çox parlaq görünürsə, onun daha dərin, daha nəcib versiyasına - tünd qırmızıya daha yaxından baxın. Bu, heç vaxt dəbdən düşməyən, xüsusilə soyuq payız günlərində aktual olan, ən əsası demək olar ki, hər kəsə yaraşan klassikadır. Zoğalı dodaq boyası "Dolce & Gabbana" şousunda olduğu kimi, həm tək, həm də qara oxlarla vurğulanmış göz makiyajı ilə birlikdə xoş təsir bağışlayacaq.
Solğun çəhrayı

Mövsümün başqa bir trendi çəhrayıdır. Yalnız bu, son altı ayda nəzərəçarpacaq dərəcədə məşhur olan "Barbie çəhrayası" deyil, yasəmən rənginə yaxın daha dərin və sakit bir çalardır. Bu, dodaqlarınızda orta dərəcədə parlaq vurğu yaratmağa imkan verəcək və istənilən vəziyyətdə uyğun görünəcək. "Giorgio Armani" şousunda olduğu kimi makiyajınızı həm də çəhrayı rəngi ənliklə "dəstəkləyə" bilərsiniz.
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Region10:38Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO)
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi















.jpg)
.jpg)























