Gözəllik
Payızda dəri quruluğunun qarşısını alan effektiv üsullar
Payızda soyuq havaların gəlişi ilə bağlı bəzilərində dəri quruluğu və qıcıqlanması müşahidə oluna bilər. Bunun baş verməməsi üçün dəriyə düzgün qulluq etmək vacibdir.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya kosmetoloq-dermatoloq Yekaterina Şadrina danışıb. Ekspert dəridə quruluğun qarşısını almaq üçün əvvəlcə qidalandırıcı nəmləndiricilərdən istifadə etməyi tövsiyə edib. Bundan əlavə, dodaqlar soyuq mövsümdə tez-tez quruluqdan əziyyət çəkdiyi üçün kosmetoloq onlara da balzam çəkməyin vacibliyini qeyd edib. Mütəxəssis onu da vurğulayıb ki, payızda ultrabənövşəyi şüalar aktiv olduğu üçün SPF qoruyucusu olan məhsullara laqeyd qalmaq olmaz.
"Payızın gəlişi ilə hava daha quru olur, bu da düzgün qulluq edilmədikdə, dərinin nəmliyinin itirilməsinə və dehidrasiyaya səbəb ola bilər. Parlaqlığın itirilməsi və dəri tonunun pisləşməsi dərinin tez-tez qabıq verməsinə səbəb olur, həm də qırışların yaranmasını sürətləndirir.
Payızda dərinin həssaslığı arta bilər ki, bu da temperatur və rütubətin dəyişməsi ilə bağlıdır. Həmçinin bu zaman sızanaq və rozaçea kimi dəri problemləri şiddətlənir. Dəri quruluğu, bakterial mikrofloranın dəyişməsi və dərinin pH-sı kimi amillərin birləşməsi nəticəsində dəridə iltihablanma inkişaf edir. Bu, hidrolipid mantiyasının və bütövlükdə epidermal baryerin xüsusiyyətlərinin pozulması ilə əlaqədardır", - ekspert yekunda bildirib.
Aytən
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı


























_(1).jpg)









