Gözəllik
Aktrisanın üzünə çəkdiyi yağ onu xəstəxanalıq etdi - FOTO
Bu yaxınlarda məni görənlər qəza keçirdiyimi zənn etdilər. Bəziləri üzümün yandığını düşünürdü. Bir müddətdir ki, üz yogası ilə maraqlanırdım. Bu mövzuda xüsusi təlimçi ilə işləməyə başladım. Masaj zamanı istifadə olunan yağ məndə allergiya yaratdı və sonra infeksiyaya çevrildi.
Publika.az xəbər verir ki, bu sözləri məşhur aktrisa İnci Demirkaya Birent sosial mediada yazıb. Aktrisa bildirib ki, üzünə çəkdiyi yağ dərisində ciddi fəsadlara səbəb olub:
"Çənəm zədələndi və çiban kimi bir şey çıxdı. Üzüm şişmişdi, təhrif olunmuşdu və inanılmaz dərəcədə ağrılı bir dövr keçirdim. Ağrılarım var idi və üzüm çox qaşınırdı. Üzündəki yaralar artdıqdan sonra xəstəxanaya getdim və dərhal müalicə yazıldı. İki həftə üzümü günəşdən qorudum və antibiotik istifadə etdim. Nəm sarğılar qoyurdum. Həmçinin çoxlu bitki mənşəli əlavələrdən istifadə etdim. İki həftədən sonra özümə gəldim. Əvvəlcə çölə çıxanda bütün üzümü örtürdüm. İndi günəş kremi çəkib çölə çıxa bilərəm. Üzümdə ciddi çapıqlar var. Bu yaralar yaxşıca quruyandan sonra biz ləkə müalicəsinə başlayacağıq.
Mənim dərim sızanaqlara meyllidir və çox həssasdır. Ancaq həyatımda heç vaxt belə bir hadisə yaşamamışam. Heç kimdən də eşitməmişəm. Bu, sadə bir şey kimi görünə bilər, amma nəticədə istifadə olunan kremlər və yağlar yalnız mənə təsir edə bilər. Mən də qarşı tərəfi günahlandıra bilmərəm, çünki bu, yüzlərlə insana edilir. İstifadə olunan yağda müxtəlif bitkilər var idi. Deməli, içindəki bitki tərkibi üzümü bu hala gətirib", - ulduz açıqlamasında vurğulayıb.
İnci başına gələn xoşagəlməz hadisədən sonra iş təkliflərini rədd etmək məcburiyyətində qaldığını da bildirib:
"Biz boş qalanda iş gəlmir. İş həmişə belə kritik zamanlarda gəlir. Mən də bu prosesdə çox işi əldən verdim. Artıq sağalıram, ağrılarının azalır, yaraların da çoxu gedib.
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO



















.webp)















.jpg)
.jpg)

.jpg)