Gözəllik
Bu payız dəbdə olacaq saç rəngi müəyyənləşdi - FOTO
Bir çoxlarımız üçün payız balqabaq və saralmış yarpaq tonları ilə assosiasiya olunur. Qızıl payız tonları dəb sənayesində olduğu kimi, saç və makiyajda da öz sözünü deməyə başlayıb. Əks halda balqabaq ətirli latte adlanan yeni bir tendensiyanın meydana gəlməsini başqa necə izah etmək olar? Gözəllik menyusunda artıq "Strawberry Girl", "Vanilla Chai", "English Toffee", "Cinnamon Cookie Butter", "Cappuchino makeup" və ya "Espresso makeup" kimi texnikarlarla tanış olduq. Bəs gündəmin ən son gözəllik trendi hansıdır?
Publika.az xəbər verir ki, bu mövsüm saçlarda "balqabaq ətirli latte" tonları xüsusilə aktual olacaq. Balqabaq qoxulu latteni sosial şəbəkələrdə saç stilisti Dimitris Janetos nümayiş etdirib. Bu, mis-qırmızı, şabalıd, şaftalı və hətta çiyələk rənglərini özündə birləşdirən bir saçdır. Onların hamısı birlikdə payızın sevimli içkisini xatırladan bir çalar yaradırlar: parlaq narıncı.
Trend yeni deyil, sadəcə çoxdan məlum olan rənglərin uyğunlaşmasıdır. Məsələn, Zendaya 2019-cu ildə mis saçları ilə gündəm yaratmışdı, Sidney Svini isə 2022-ci ildə saçlarını şaftalı qırmızıya boyamışdı.
Bu saç tonları kimə daha çox yaraşır?
Əgər açıq dərilisinizsə, mis və narıncıya diqqət yetirin, çünki bu rənglər dəri tonunuzu xüsusilə cəlbedici göstərəcək. Daha tünd dəri tonunuz varsa, bal və kəhrəba tonlarını seçin. Bu rəng həm dərinizə parlaqlıq bəxş edəcək, həm də üzünüzə çox yaraşacaq.
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





























_(1).jpg)









