Gözəllik
Kişilərdə erkən saç ağarmasının əsas səbəbi
Kişilərdə erkən saç ağarması həddindən artıq iş və ağır stres səbəbindən baş verə bilər
Publika.az xəbər verir ki, bu barədə trixoloq Anastasiya Kurskaya danışıb. O, bildirib ki, qeyri-sağlam qidalanma, həmçinin spirt və nikotinin həddindən artıq istehlakı kimi pis vərdişlər saçların ağarma sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. 25-30 yaş arasında təkcə kişilər deyil, qadınlar da eyni problemlə üzləşə bilər.
Həkim bildirib ki, saçların erkən ağarmasına səbəb olan bir çox amillər var. Bunlara genetik meyl, ultrabənövşəyi radiasiyaya tez-tez məruz qalma, vitamin və mineralların çatışmazlığı daxildir. Bundan əlavə, saçın ağarmağa başlaması müəyyən xəstəliklərin əlamətidir. Xüsusilə, söhbət mədə-bağırsaq traktının, endokrin sistemin, həmçinin qan damarlarının və ürəyin xəstəliklərindən gedir.
"Hesab olunur ki, kişilərin saçı qadınlardan daha tez ağarır, lakin bu doğru deyil, çünki zərif cinsin nümayəndələri bu problemi sadəcə rəngləmə köməyi ilə maskalayırlar. Eyni zamanda, kişilərin siqaret çəkmək və spirtli içkilər kimi pis vərdişlərə qadınlardan daha böyükdür. Stressi minimuma endirsəniz, həddindən artıq iş yükünü azaltsanız və yaxşı qidalansanız, təbii saç rənginizi 40 yaşa qədər saxlaya bilərsiniz, bundan sonra saçların ağarmağa başlaması isə normaldır", - ekspert əlavə edib.
Aytən Məftun
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO




























_(1).jpg)









