Gözəllik
Nə yağış, nə külək, nə də qar dərinizə zərər verməyəcək - Bunu etsəniz
Payız ilin soyuq və küləkli vaxtıdır, bu zaman dərimiz havanın mənfi təsirlərinə daha çox məruz qalır.
Publika.az xəbər verir ki, kosmetoloq Vera Slabova "Подмосковье сегодня" nəşri ilə söhbətində bu dövrdə dəriyə düzgün qulluğun qaydalarından danışıb.
Mütəxəssis bildirib ki, ilk növbədə, effektiv bərpa üçün baxım siyahısına antioksidanlar və vitaminlər olan zərdablar əlavə etməliyik:
"Bütün bədənimiz kimi dəri də vitamin çatışmazlığından əziyyət çəkir. Odur ki, onu daxili vitamin ehtiyatları ilə qidalandırmağın vaxtıdır. Yağış, külək və ya qar həssas üz dərisini qıcıqlandıra bilər və bu halda yüngül krem dərini qoruya bilməyəcək. Bu səbəbdən payızda yüngül maye kremlərdən daha qidalandırıcı kremlərə keçmək lazımdır.
Yay günəşinə məruz qaldıqdan sonra piqmentasiya ilə mübarizə aparan ağardıcı maskalardan, həmçinin tərkibində AHA turşuları olan təmizləyici vasitələrdən istifadə edin. Tərkibindəki retinola diqqət yetirməyə dəyər, dərini cavanlaşdırmaq və müalicə etmək üçün güclü bir vasitədir. Hər gün retinol tərkibli kremdən istifadə etmək qırışların və sızanaqların görünüşünü azalda bilər. Ancaq dərini yüngül serumlarla intensiv nəmləndirməyi unutmayın. Soyuq mövsümdə dərinin əlavə dəstəyə ehtiyacı olduğunu unutmayın", - Slabova yekunda vurğulayıb.
Aytən
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





























_(1).jpg)









