Gözəllik
CƏRRAHDAN SOS: Gecələr üzünüzə bu cür krem çəkib möcüzə gözləməyin
Qızlar dəri problemlərini həll etmək üçün son illərdə blogerlərin məsləhətlərinə etibar edirlər. Ancaq bu, çox vaxt təhlükəli ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri cərrah Aleksandr Umnov deyib. O, sızanaqların əmələ gəlməməsi üçün hansı qaydalara əməl edilməli olduğunu söyləyib.
"Qızların çoxu blogerlərin sosial mediada yayılan videoları izlədikdən sonra gecələr üzlərinə onlarla kosmetik məhsul və kq-la krem çəkməyə başlayırlar və bundan möcüzə gözləyirlər. Lakin üz baxımının keyfiyyəti kəmiyyətə bərabər deyil. Bu cür manipulyasiyalardan sonra üzün dərisi sızanaqlarla örtülə bilər. Bir çox turşular və retinol dərini ciddi şəkildə zədələyə bilər. Blogerlərin məsləhət gördüyü tretinoin kremləri ekzama müalicəsində həkim tərəfindən təyin olunarsa, istifadə edilə bilər", - cərrah vurğulayıb.
O, həmçinin xanımlara tretinoin tərkibli kremlər almamağı tövsiyə edib və bildirib ki, bu maddə adətən kosmetika məhsullarında olan retinoidlərdən qat-qat güclüdür və daha çox əks göstərişlərə malikdir. Odur ki, kosmetikada istifadəsi qadağandır. Tretinoin tərkibli məhsullar yalnız aptekdə alına bilər və blogerlərin məsləhətinə əsasən, ekzama üzdəki qırışlar üçün deyil.
"Dekorativ kosmetikaya gəldikdə, əksər hallarda dəri üçün təhlükəli deyillər, çünki onlar xüsusi astar bazalarına tətbiq olunarsa sorulmur. Bununla belə, hələ də son dərəcə mənfi təsir göstərə bilən, qırışların vaxtından əvvəl yaranmasına səbəb olan və ümumiyyətlə, dərinin vəziyyətini pisləşdirən bəzi məhsullar var.
Tərkibində ton və baxım komponentləri olan BB və CC kremlərə çox diqqət yetirməlisiniz. Onlar rənglə birlikdə dəriyə dərindən hopdurulur - bu, birinci minusdur. Onların ikinci dezavantajı dərinizə tam qulluq göstərməməsidir. Buna görə də bu məhsulların altına serum və krem şəklində gündəlik yüngül qulluq kemləri tətbiq olunmalıdır, əks halda dərininiz vaxtından əvvəl qocalacaq", - cərrah yekunda vurğulayıb.
Aytən
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































