Gözəllik
Cavanlaşmaq üçün dünyanın pulunu xərcləyən məşhur üzünü göstərdi - FOTO
Viktoriya Bonya bir neçə ay əvvəl üzündə etdirdiyi plastik əməliyyatdan danışıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı aparıcı və bloger görünüşündəki dəyişikliklərin təfərrüatlarını "Алёна, блин!" verilişinin efirində açıqlayıb. Müsahibədə Viktoriya əməliyyatdan dərhal sonra çox da yaxşı görünmədiyini etiraf edib. Hətta qızı Ancelina onun məşhur “Pişik qadın” Coslin Vildenşteynə oxşadığını deyib.
"Burun sağa getdi. Amma sağ tərəf daha sürətli, sol tərəf isə yavaş bərpa olundu. Bu şişlik gedir. Mən əməliyyatdan təzəcə ayılanda burnum çox balaca görünürdü, çünki yanaqlar yuxarı qalxıb şişmişdi. Qızım sonradan məni şişkin görəndə dedi ki, "pişik qadına" bənzəyirəm, - Viktoriya bildirib.
Buna baxmayaraq, Viktoriya keçirdiyi əməliyyatı "unikal" adlandırıb: "Belə əməliyyatları bu həkimdən başqa heç kim etmir. Mən bu cərrahı kosmosdan tapmışam. Bella Hadid, Hayli Biber bu əməliyyatı keçirib. Bunun adı "Ponytail Lift"dir, effekti sanki bağlayırsan,"quyruğunuz" başınızın üstünə sıxır, üzünüz dartılır. Və beləliklə "tülkü gözləri" peyda olur. Bu, həkimin müəllif texnikasıdır. İndi ən məşhur əməliyyatlar Türkiyədə aparılır. Orada dərinizi dartırlar, amma altı aydan sonra yenidən sallanmağa başlayır. Bu həkim içəridən kəsik açır, ora kamera qoyur, hər damardan, hər venadan keçir.
Türkiyədə dərini kəsirlər, cərrahlar dərini kəsib dartırlar. Nəticədə dərini qidalandıran bütün damarları və venaları da kəsirlər. Bu həkim isə kameranı işə salır, yavaş-yavaş göz ətrafındakı dərini soyur və əzələləri sıxır. Nəticə uzunmüddətli təbii, təsirli və gözəl nəticə əldə olunur. Gözəldir, təbii ki, həddən artıq deyil. Ona görə də bu qədər pula başa gəlir, mikrocərrahiyədir".
Ümumilikdə Viktoriya üz əməliyyatına 300 min dollar (təxminən 510 min manat) ödəyib. Cərrahın işi 150 min dollara başa gəlir. İmplant, anesteziya və əməliyyat otağı xərcləri ayrıca ödənilir. Həm də əməliyyatdan sonra palatada qalmaq üçün gündə 3500 dollar ödəməlisiniz. Yaşla bağlı dəyişikliklər onu qane etmədiyi üçün Viktoriya əməliyyat etdirməyə qərar verib. "Tezliklə 44 yaşım olacaq, artıq hər şey sallanıb, yaşa bağlı dəyişikliklər başlayıb. Gözlərin altında çoxlu dəri var idi" , - ulduz bildirib.
Xatırladaq ki, avqust ayında Viktoriya Bonya İnstaqramda xəstələri arasında Kendall Jenner və Bella Hadidin də olduğu iddia edilən Kaliforniyadan olan məşhur cərrah Çia Çi Kaoya müraciət etdiyini və plastik əməliyyat keçirdiyini bildirmişdi. Viktoriyanın özü müayinə və konsultasiya zamanı çəkilmiş makiyajsız, retuşsuz və filtrsiz fotolarını paylaşmışdı. Sentyabr ayında aparıcı əməliyyatın nəticəsini göstərdi.
Aytən
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO

















.webp)

















.jpg)
.jpg)
.jpg)