Gözəllik
Yaşıl Əjdaha İli: 2024 simvolunun rəngində manikür ideyaları - FOTO
Yeni İl obrazını ən xırda detallarınadək nə qədər tez düşünsəniz, onun hazırlanmasında bir o qədər az stress keçirəcəksiniz. Hələ də bayram üçün paltar seçməyə başlamamısınızsa, tələsməyə çalışın. İstənilən bayram obrazının vacib hissəsi manikürdür. Gümüşü parıltı və ya qırmızı manikür kimi klassik variantlar sizə çox darıxdırıcı görünürsə, daha qeyri-adi ideyalar təklif edə bilərik.
Publika.az xbər verir ki, dırnaq ustaları hesab edir ki, manikürdə gələn ilin simvolları xüsusilə aktualdır. Astroloqlar da o fikirdədir ki, bayram obrazını Yaşıl Taxta Əjdahanın sevdiyi rənglər əsasında hazırlamaq sahibinə şans və uğur gətirəcək. Yaşıl isə sirr deyil ki, Əjdahanın sevdiyi rənglər arasında birincidir.
Minimalistlər monoxromatik tərzi sevəcəklər. Bunun üçün zəngin, dərin yaşıl çalarları seçin, belə manikür dizaynsız belə çox təsirli görünəcək.

Dizayn baxımından da böyük seçim var. Əlbəttə ki, fransız manikürü bütün dünyanın modapərəstləri arasında ən populyarı olaraq qalır. Fransız manikürünün mikro və ya naxışlı mürəkkəb versiyası qısa dırnaqlarda belə istənilən effekti yaradacaq.

Dizaynı daha maraqlı etmək üçün yaşılın bir neçə çalarını birləşdirin. Pulcuq dizaynlı manikürlər də bu mövsüm trenddədir, ona görə də dırnaqlarınızda əjdaha dərisini yenidən yaratmağa cəhd edə bilərsiniz. Təbii ki, yaşıl olmaq şərtiylə.

Kiçik həcmli yaşıl strazlar da təsirli görünəcək, onları şəffaf bir bazanın üstünə yerləşdirin. Eləcə də müxtəlif abstrakt və həndəsi dizaynları diqqətdən kənar qoymayın.

Aşağıdakı qalereyada Yaşıl Əjdaha rəngində Yeni il manikürünə aid nümələrdən ilham almağı isə unutmayın.
-
ABŞ09:36Tamamilə çılpaq olan qadın saxlanıldı, polisi silah anbarına apardı
-
Art08:53Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Magazin206:16Gizli sevgilisi ilə sarmaş-dolaş oldular - FOTO
-
İdman05:15“Çelsi” tarixində ən bahalı transferini etdi
-
Magazin203:43Dua Lipa stadionda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
















.jpg)





















