Gözəllik
2024-də hansı qaş formaları dəbdə olacaq? - FOTO
Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu, sizin üz quruluşunuz, dəri, saç və göz rənginizdən asılıdır. Lakin bir neçə variant var ki, onlardan özünüz üçün ən uyğun olanı seçə bilərsiniz.
Publika.az xəbər verir ki, 2024-cü ildə təbii, düz və nazik qaş formaları dəbdə olacaq.
Təbii

Qaş dizaynının əsas tendensiyalarından biri odur ki, praktiki olaraq heç nəyi dəyişdirmirik. Qaş paletlərinin köməyi ilə onu əhəmiyyətli dərəcədə daraltmağa və ya genişləndirməyə çalışmayın, ancaq formanı olduğu kimi saxlayaraq minimal şəkildə düzəldin. Həddən artıq vurğulanmış və boya ilə doldurulmuş qaşlar, çoxdan öz aktuallığını itirib. Bundan əlavə, onlar üzü həmişə ağırlaşdırır, hətta bizi olduğumuzdan daha yaşlı da göstərə bilir.
Nazik

2000-ci illərin nazik qaş trendi bir qədər yerini itirib, lakin moda arenasını tamamilə tərk etməyi planlaşdırmırlar. Bəzi hallarda bu qaş forması sizə baxışlarınızı “açmağa” və üz cizgilərinizi daha incə göstərməyə imkan verir. Nəzərə alın: bu qaş forması hər kəs üçün uyğun deyil və sonradan qaşlarınızı geri qaytarmaq problemli ola bilər. Buna görə də, naqqaşla silahlanmazdan əvvəl maraqlı bir eksperiment aparın. Bunun üçün qələmlə qaşlarda istədiyiniz qalınlığı çəkin və "əlavə" tükləri sıx örtücü krem və konsiler ilə gizləyin. Nəticəni bəyənirsinizsə, qaş mütəxəssisi ilə görüş təyin etməyə qorxmayın.
Düz

Əgər qaşlarınız təbii qövsə malik deyilsə, onlara forma verməyə tələsməməlisiniz. Demək olar ki, dümdüz qaşlar da bu mövsüm çox məşhurdur. Düz qaşların görünüşünüzü ağırlaşdırmaması üçün çox diqqətli olmalısınız. Onları böyümə istiqamətində şəffaf bir gel ilə daramaq ən idiealıdır. Və əgər hardasa seyrəklik varsa, onu xüsusi layner və ya nazik qələmlə nöqtə-nöqtə ilə tamamlamalısınız. Bu şəkildə qaşlar ahəngdar görünəcək.
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa26 Avqust 14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək

















.webp)

















.jpg)
.jpg)
.jpg)