Gözəllik
62 yaşlı aparıcı sirrini bölüşdü: "Güzgüyə tez-tez baxmaq olmaz"
Birinci Kanalın ulduzu Yekaterina Andreyeva cavanlıq sirrini bölüşüb.
Publika.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 62 yaşlı məşhur aparıcı tez-tez qarabaşaq çayı içdiyini deyib.
“Məndən tez-tez məşq zamanı nə içdiyim, ümumiyyətlə içki içib-içmədiyimi soruşurlar. Mən spirtli içki içmirəm, amma qarabaşaq çayı içirəm. Təxminən 90 dərəcə xüsusi qaynar suda kiçik bir çaynikdə dəmlənməlidir. Səhər çox faydalıdır", - teleaparıcı vurğulayıb.
Yekaterina ortopedik yastıqda yatdığını, həmçinin mütəmadi olaraq idmanla məşğul olduğunu deyib. Andreyeva əmindir ki, gözəlliyi, sağlamlığı və gəncliyi qorumaq üçün düzgün həyat tərzi sürmək lazımdır. Teleaparıcının sözlərinə görə, o, şirin qazlı sular içmir və sağlam qidalanmağa çalışır.
“Güzgüdə özünüzə tez-tez baxmaq olmaz, bu çox vacibdir. Çünki gözünüz bəzi dəyişiklikləri - qırışları aşkar etdikdə, insanlar vəsvəsəyə düşməyə başlayırlar. Bu qırışlarda "ilişib qalmaqla" onların inkişafını təhrik etməyə başlayırlar. Mən ancaq makiyajımı çox tez tətbiq etmək üçün güzgüyə baxıram - 5 dəqiqə”, - ulduz bildirib.
Aytən
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































