Gözəllik
Yatağa heç vaxt belə girməyin! - Ekspertdən SOS
Saça qulluq təkcə saçınızı vaxtında yumaq və qulluq vasitələrindən istifadə etməklə yekunlaşmır. Saçın quruldulması da baxıma daxildir.
Publika.az xəbər verir ki, bu sözləri trixoloq Natalia Jovtan Ura.ru-ya müsahibəsində deyib. Mütəxəssis təbii qurutma üsulunu ən yumşaq üsul adlandırıb, lakin əlavə edib ki, saçları fenlə ən aşağı temperaturda qurutmaq təhlükəsiz və effektivdir.
"Eyni zamanda nəm saçla yatmaq səhərlər sizə xoş sürprizlər gətirməyəcək, həm çətinliklə daranacaq, həm də saçın keyfiyyətinə təsir göstərəcək. Yaş saçla yatmaq vərdişi saçların kövrək olmasına və tökülməsinə səbəb ola bilər. Yaş başla yatmaq göbələklərin yaranmasına səbəb olmur, bu, bir qədər şişirdilib, lakin yenə də bu vərdişdən qurtulmağı tövsiyə edirəm. Mayayabənzər Malassezia göbələyi baş dərisinin səthində və sağlam fərdlərdə rast gəlinir. Rütubətli mühit və ya baş dərisində mövcud problemlər bu göbələyin aktiv şəkildə yayılmasına səbəb ola bilər", - ekspert bildirib.
Onun sözlərinə görə, göbələk qızartı, qaşınma və yuvarlaq yaralar şəklində soyulma ilə özünü göstərir ki, bu da təkcə baş dərisində deyil, həm də qulağın arxasındakı nahiyədə, burun pərdələrinin dərisində, həmçinin qaşlarda, kişilərdə isə saqqal və bığ bölgəsində ola bilər.
Aytən
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































