Gözəllik
Cazibədar aktrisa estetik iddialarına belə cavab verdi: "Əlbəttə edəcəm"
Qıyıq gözləri ilə tanınan cazibədar aktrisa Uzel Kərimova gözündə estetik əməliyyat etdirməsi ilə bağlı iddialara ilk dəfə cavab verib.
Publika.az xəbər verir ki, bu barədə məşhur instaqramda post paylaşıb. Uzel Kərimova bildirib ki, gözləri ilə bağlı ona çoxlu suallar gəlir.
"24 saatlıq post! Dəfələrlə qarşılaşdığım suallardan biridir. Çəkisi az olan insanlar çəki itirdikləri zaman gözlə görülə biləcək dərəcədə dəyişikliyə sahib olurlar. Məndə ən birinci səbəb odur, daha sonra özünə qulluq. Gələk səbəbə. Zamanla dəridəki kollagen və elastik liflərin zəifləməsi gözlərin ətli görünməyinə səbəb ola bilər, bir də genetik faktorlar var. Günəş şüası, siqaret, qeyri sağlam qidalanma da bu vəziyyətə təsir edir. Göz qapağında artıq dəri və ya yağ yığılmasını azaltmaq üçün bir neçə variant var:
1. Göz Qapağı Estetiki (Blefaroplastika)
2. Botoks inyeksiyaları
3. Dermatoloji Müalicələr
Müalicələrdən hansının daha uyğun olduğunu müəyyən etmək üçün bir dermatoloq və ya plastik cərrahla məsləhətləşmək vacibdir. Hər kəsin ehtiyacları fərqli olduğundan, ən yaxşı müalicə planı fərdiləşdirilməlidir.
Bildiklərim bu qədərdir. Ümid edirəm, kömək ola bildim. Əgər sizin də bildiyiniz və məsləhət gördüyünüz nəsə varsa, yaza bilərsiniz".
Kino ulduzu kollageninə diqqət etdiyini xüsusi vurğulayıb.
"Sadəcə xaricə deyil, daxilə də qəbul edirəm. Həyat tərzimin də böyük köməyi var formalaşmağıma. Bunları çox sual gəldiyi üçün qeyd elədim. Bir gün mütləq şəkildə özümün də ehtiyacım olacaq, o zaman hansına ehtiyac varsa, əlbəttə tətbiq edəcəm".
Qeyd edək ki, gənc aktrisa bir neçə il əvvəl rinoplastika əməliyyatı keçirib.
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam





































