Gözəllik
Hansı vitamin çatışmazlığı saç tökülməsinə səbəb olur?
Mövsüm keçidlərində saç tökülməsi geniş yayılsa da, bəzi insanlar bu problemdən daha çox əziyyət çəkir və müxtəlif çıxış yolları axtarışına çıxır. Burada genetik faktorlar, hormonal dəyişikliklər və stress kimi bir çox amil rol oynasa da, vitamin çatışmazlığının təsiri olduğunu unutmamalıyıq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, D, A və E, həmçinin dəmir, Biotin (B7), hətta sink və B12 vitamini əskikliyi saç tökülməsinə səbəb ola bilər. Saçların tökülməsinin qarşısını almaq üçün bədənin bu vitaminlərə böyük ehtiyacı var.
Həkiminizin tövsiyə etdiyi əlavələri qəbul etmək də faydalı ola bilər. Vitaminlər saçların diblərini möhkəmləndirir, ümumi vəziyyətini yaxşılaşdırır, onlara parlaqlıq qazandırır, həm də daha sağlam edir.
1. Vitamin D çatışmazlığı: Günəş işığı ilə sintez edilən D vitamini saçların uzanması üçün çox vacibdir. Çatışmazlıq saç tökülməsinə, kövrəkliyə və solğunluğa səbəb ola bilər.
2. Dəmir çatışmazlığı: Dəmir oksigenin daşınması və hüceyrə funksiyaları üçün lazımdır. Çatışmazlıq saç follikullarının zəifləməsinə və saç tökülməsinə səbəb ola bilər.
3. Biotin (B7) çatışmazlığı: Saç, dəri və dırnaq sağlamlığı üçün əhəmiyyətli olan biotin çatışmazlığı saç tökülməsinin və dırnaqların qırılmasının ən əhəmiyyətli səbəblərindən biridir.
4. Sink çatışmazlığı: İmmun sistemi və kollagen sintezi üçün zəruri olan sink çatışmazlığı saç tökülməsinə və dəri problemlərinə səbəb ola bilər.
5. Vitamin B12 çatışmazlığı: Sinir sistemi və qan hüceyrələri üçün əhəmiyyətli olan B12 vitamini çatışmazlığı saç tökülməsi, yorğunluq və halsızlığa gətirib çıxarır.
Saç tökülməsinə qarşı ehtiyat tədbirləri: Sağlam və balanslı qidalanma vitamin çatışmazlığının və saç tökülməsinin qarşısını almağın ən vacib yollarından biridir. Yuxarıda sadalanan vitaminləri ehtiva edən qidalardan istifadə etməklə saçlarınızın sağlam qalmasına kömək edə bilərsiniz.
Aytən
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa26 Avqust 14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman26 Avqust 13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək















.webp)





.jpg)














.jpg)
.jpg)
