Gözəllik
Dırnaqlarda dəniz mavisi bu yazın trendi olacaq - FOTO
Bahar həsrəti ilə vidalaşmağımıza çox az qalsa da, günəşin parlaq şüaları bizi hələ sevindirmir. Odur ki, stilistlər, vizajistlər və dırnaq ustaları yaz əhval-ruhiyyəsinin yaradılmasını öz öhdəmizə götürməyi təklif edirik. Tendensiyalar bu işdə köməyimizə çatacaq. Məsələn, bəzi markalar başdan ayağa mavi geyinməyi, digərləri isə mavini digər dəbdə olan rənglərlə birləşdirməyi təklif edir. Ancaq qarderobunuzda hələ də bircə dənə də mavi əşyanız yoxdursa, bunun heç bir əhəmiyyəti yoxdur. Manikürdən başlaya bilərsiniz.
Publika.az xəbər verir ki, bahar trendləri arasında mavi manikür önə keçəcək.
Yeni bir paltar, bir cüt dəbli hündürdaban ayaqqabı alın və obrazı mavi manikürlə tamamlayın. Mavi manikür 2024-cü ilin yazının ən dəbli çalarlarından biridir. Bu mövsüm dizaynerlər al-qırmızı dırnaqları solğun mavi çalarları ilə əvəz etməyi təklif edirlər.
Manikürdə mavi rəng müxtəlif yollarla istifadə edilə bilər. Ən sadə və təsirli seçim dırnaqları tək maviyə boyamaqdır. Mavi örtük istənilən forma və uzunluqdakı dırnaqlarda gözəl görünəcək və parlaqlığına baxmayaraq, kifayət qədər universal olacaq. İstənilən rənglə uyğunlaşa bildiyi üçün geyim və makiyaj seçimində çətinlik çəkməyəcəksiniz.
Həmçinin fransız manikürünü sınaqdan keçirə bilərsiniz, parlaq, tutqun, sayrışan effekt, "məxmər" və ya "metal" ola bilər - seçim sizindir. İmtina etməli olduğunuz yeganə variant böyük parıltı qaşlardır. Bu yaz-yay mövsümündə onlar anti-trendlər siyahısına daxil olub.
Bir rəngli örtük çox darıxdırıcı görünürsə, ürək, çobanyastığı, ulduz və sair bu kimi müxtəlif dizaynları nəzərdən keçirin. Yeri gəlmişkən, manikür dizaynında yalnız dəniz mavisi deyil, həm də ona yaxın olan digər mavi çalarları istifadə edə bilərsiniz. Həmçinin mavi manikürə ağ, südlü və ya açıq boz, yumşaq yaşıl, açıq sarı, şaftalı və ya çəhrayı kimi pastel rənglər əlavə etmək olar. Beləliklə, manikür daha maraqlı görünəcək, lakin yenə də çox estetik və lakonik olacaq.
Yaxud da siz sadəcə bir neçə dırnağa mavi boya çəkə və ya əsas fonda mavi rəngdə kiçik dizayn tətbiq edə bilərsiniz. Mürəkkəb təsvirlər dizaynı həddən artıq yükləyə bilər, odur ki, sadə naxışlar faydalı olacaq.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi