Gözəllik
Belə səhər yeməyi insanları çirkinləşdirir
Xüsusilə səhər yeməyində faydalı məhsullara deyil, şokolad və şirniyyatlara üstünlük verən insanlara pis xəbərimiz var. Səhərlər şirniyyat yemək qəti olmaz, çünki bu "səhər ritualı" cəlbediciliyinizi azaldır.
Publika.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova bu barədə öz teleqram kanalında fransız alimlərinin tədqiqatlarına əsaslanaraq məlumat verib.
Tədqiqatda iki qrupa bölünən 104 nəfər (52 qadın, 52 kişi) iştirak edib: birincisi yüksək qlisemik indeksli, ikincisi isə az kalorili və faydalı qidalar yeyib. Bundan sonra hər iki qrup rəqiblərinin fotolarını qiymətləndiriblər. Nəticələr səhər yeməyində şirniyyat yeyən iştirakçıların daha az cəlbedici göründüyünü ortaya qoyub. Üstəlik, elm adamları böyük ehtimalla problemin bədənin, xüsusən də üzün sürətlə qocaldığını irəli sürüblər.
"Sübut olunub ki, təmizlənmiş karbohidratların həddindən artıq istehlakı piylənməyə, II tip şəkərli diabetə, depressiyaya və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Rafine olunmuş karbohidratlar şirniyyatlarda, çörək məmulatlarında, yüksək keyfiyyətli buğda unu, pasta və makaronlarda olur", - Pavlova əlavə edib.
Mütəxəssisin fikrincə, belə karbohidratların təhlükəsi göz qabağındadır - sürətli həzm olunması səbəbindən asılılıq yaradır və bu növ səhər yeməyi sizi enerji ilə doldurmayacaq, əksinə, yorğunluq və daha güclü aclıq hissi yaradacaq. O, səhər yeməyi menyusuna omlet, istənilən tərəvəz ilə qaynadılmış yumurta salatı, tam taxıl çörəyində sendviç və qaynadılmış toyuq əti əlavə etməyi tövsiyə edib.
Aytən Məftun
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO













.png)
.jpg)
.png)




















