"TikTok"un diktə etdiyi 5 makiyaj trendi - FOTO
Bizi izləyin

Gözəllik

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi - FOTO

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiyaj tendensiyalarını öyrənirik. Ən yaxşı tərəfi odur ki, sosial şəbəkələr bizi darıxmağa qoymur. İnfluenserlər isə qeyri-adi makiyaj videoları ilə bizi təəccübləndirməyə davam edirlər.

Publika.az xəbər verir ki, bu mövsüm "TikTok" bizə parlaq makiyajdan qorxmamağı, parlaq dəriyə sahib olmağı, həmçinin 90-cı illərin gözəllik fəndlərinə müraciət etməyi diktə edir.

Bu yaz dəbli görünmək üçün hansı makiyaj tendensiyalarından xəbərdar olmalıyıq?

"Şirəli dəri"

Diqqətimizi çəkən ilk tendensiya dəridə maksimum parıltıdır. Bu tendensiya 2022-ci ildə məşhur model Heyli Biber sayəsində ortaya çıxdı və hələ də populyarlıq zirvəsindədir. Unutmayın ki, parıltı dedikdə, dərinin təbii parlaqlığı nəzərdə tutulur. Əsas sirr dəri tipinə uyğun yaxşı nəmləndirici və qidalandırıcı kremdə gizlənib. Bu iki məhsul dəri tonunu bərabərləşdirməyə kömək edəcək. Lakin mükəmməl “şirəli” effekti yaratmaq istəyirsinizsə, tonal kreminizə haylayterlər qarışdırıb üzünüzə çəkin.

Mavi göz kölgələri

60-cı illərin mavi göz kölgəsi tendensiyası yenidən gündəmdədir. O vaxtlar kino ikonları qalın qara göz laynerinin altından mavi göz kölgələri çəkməyi çox sevirdi. Jana-Lüka Qodardın "Qadın qadındır" filmindəki Anna Kareninanı xatırlayın. Ancaq təbii ki, bu makiyaj populyarlığının zirvəsinə 90-cı illərdə çatdı. Kristina Aquleradan Cennifer Lopez və Britni Spirsə qədər bütün ulduzlar "mavi dumandan" istifadə edirdi. 21-ci əsr də bizə müxtəlif mavi paletlərin istifadəsinə dair kifayət qədər nümunələr verib. Bir çox texnika, çalarlar və birləşmələr var, lakin əsas məsləhəti unutmayın, piqmenti yalnız hərəkət edən göz qapağına tətbiq edin və ya aşağıdan xətt çəkin. İnanın, bu texnika gözləri vurğulamaq üçün kifayət edəcək.

"Buza dönmüş dodaqlar"

Кейт Мосс

Keçmişin yenidən aktuallaşan başqa bir tendensiyası "buza dönmüş" və ya parıltılı dodaqlardır. Bu, Keyt Moss ilə Naomi Kempbellin 30 il əvvəl pərəstiş etdiyi o məşhur effektdir. Buna nail olmaq isə çox sadədir - sadəcə neytral rəngli məhsulun üzərinə parıltılı pomada çəkmək lazımdır. Təbrik edirik, siz o "şaxtalı" parıltıya nail oldunuz.

Haylayterlə konturlama

İşıqlandırıcı və ya hayleyterlə konturlama sosial medianı zəbt edib. Bu effekti yaratmaq üçün "TikToker"lər 4-ü 1-də olan məhsuldan istifadə edir - "Glowtouring". Sözügedən məhsul dəriyə gözəl parıltı verməklə yanaşı, həm də praymer, qapadıcı, işıqlandırıcı və BB krem ​​kimi istifadə edilə bilər. Bu viral tendensiyanın əsas xüsusiyyəti parlaq konturlamadır. Bunun sayəsində sadəcə ideal üz cizgiləri deyil, həm də parlaq dəri əldə edəcəksiniz.

Rəngsiz dırnaqlar

Dırnaq sənayesində tendensiyalar da işıq sürəti ilə dəyişir. Manikür ustaları bizi getdikcə daha çox yeni dizaynlarla təəccübləndirməyi bacarırlar. Bu dəfə şəffaf dırnaqlar trendlər arasına daxil olub. Bu manikürü təkrarlamaq üçün dırnaq rənginə tam uyğun gələn lak seçməlisiniz. Gözəl və səliqəli!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm