Gözəllik
Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...
Bir çox baxım və kosmetik vasitəsinin tərkibində təhlükəli miqdarda formaldehid var.
Publika.az xəbər verir ki, Cənubi Los-Ancelesdəki tədqiqatçılar qaradərili və ispan əsilli qadınların yarısından çoxunun müntəzəm olaraq tərkibində formaldehid olan və ya formaldehid buraxan konservantlar ehtiva edən kosmetikadan istifadə etdiyini üzə çıxarıblar.
Formaldehid kanserogen kimi tanınır və onun gündəlik qulluq vasitələrində olması alimlər arasında narahatlıq yaradıb.
Araşdırmanın nəticələri "Environmental Science & Technology Letters" jurnalında dərc olunub.
Tədqiqatın bir hissəsi olaraq iştirakçılar xüsusi proqramdan istifadə edərək, şampunlar, losyonlar və sabunlar daxil olmaqla, hansı kosmetikadan istifadə etdiklərini işarələyiblər. 1100-dən çox məhsulun təhlili göstərib ki, qadınların 53%-i DMDM hidantoin kimi formaldehid buraxan qoruyucu maddələr ehtiva edən məhsullardan istifadə edir. Bu maddələr rəf ömrünü uzatmaq üçün əlavə edilir, lakin dəri ilə təmasda olduqda formaldehid buraxa bilir.
Tədqiqatçılar bu cür maddələrin daha sərt tənzimlənməsi və etiketlənməsi ilə bağlı çağırış ediblər.
Bəzi ölkələr artıq kosmetikada formaldehidin istifadəsinə məhdudiyyətlər qoyublar, lakin ABŞ-da hələ də oxşar tədbirlər görülməyib.
Alimlər həmçinin istehlakçılara məhsulların tərkibinə daha çox diqqət yetirməyi və təhlükəli komponentləri olmayan alternativ məhsullar seçməyi tövsiyə edirlər.
Qeyd edək ki, formaldehidə uzun müddət məruz qalmaq insan sağlamlığına böyük zərər verir:
- Beyin, kolon və qan xərçənginə səbəb olur.
- Tənəffüs, sinir və həzm sistemində xəstəliklərə səbəb olur.
- Reproduktiv sistemdəki hüceyrələri zədələyir.
- Kəskin təsirlərdə boğazda, burunda yanma hissi, öskürək, nəfəs darlığı kimi problemlər yaradır.
- Formaldehid bəzi fermentlərin fəaliyyətini maneə törədir.
Ləman
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək















.jpg)




















.jpg)
.jpg)

.jpg)