“Bank of Azerbaijan” Hafiz Məmmədovdan alındı
Bizi izləyin

İqtisadi gündəm

“Bank of Azerbaijan” Hafiz Məmmədovdan alındı

ASC-də Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Bankın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda “Bank of Azerbaijan”ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, Mehman Məmməd oğlu İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib. Fərid Eldar oğlu Orucov və Fərid Temraz oğlu Orucov İdarə Heyəti sədr müavinləri, Elşad Oqtay oğlu Kərimov və Nicat Nizami oğlu Xəlilov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm