Şad xəbər: neft kəskin bahalaşdı
Bizi izləyin

İqtisadi gündəm

Şad xəbər: neft kəskin bahalaşdı

Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir.

Axar.az xəbər verir ki, "Brent" markalı xam neftin bir barreli daha 3,37 dollar bahalaşaraq, 33,31 dollara qalxıb. Yüngül neft isə hazırda 27,02 dollaradır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə OPEK+ ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair bəyanat yaymışdı.

Bu açıqlamaların ardınca neft qiymətlərində sıçrayış başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm