İqtisadi gündəm
OPEC hasilatı artırır, neftin qiyməti necə dəyişəcək? - ŞƏRH
“Neftin qiymətinin bundan sonra yuxarıya doğru getməsi bir qədər problemlidir. Ona görə ki, neftin qiymətləri ötən gün 65 dollara qədər yüksəldi, amma bundan sonra üzü aşağıya doğru hərəkət etməyə başladı. Qiymətlərin qalxma “enerjisi” artıq səngidi”.
Bunu Publika.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. Ekspertin sözlərinə görə, bunun da səbəbi Birləşmiş Ştatlarda ötən bazar günündən faktiki olaraq düşən şaxtalar idi:
“Artıq onun da təsirləri azalıb. Proqnozlar ondan ibarətdir ki, neftin dünya bazar qiymətinə təsir göstərən şaxtalar məsələsi həftə sonu tam olaraq bitəcək. Bazar ertəsi və ondan sonrakı iki gün ərzində baş verən neft ajiotajı artıq səngiyib. Digər tərəfdən, neftin qiymətlərinin aşağıya doğru yuvarlanmasının digər səbəbi isə ötən gün Səudiyyə Ərəbistanı rəsmilərinin hasilatın artırılacağı ilə bağlı yaydıqları ilkin məlumat oldu”.
Ekspertin fikrincə, bunun nəticəsində “Brent” markalı neftin qiyməti 63 dollara qədər endi:
“Mart ayının əvvəlində OPEC+ çərçivəsində növbəti görüş baş tutacaq. Bu görüşdə aprelin 1-dən sonrakı mərhələdə neft hasil edən ölkələr üçün yeni kvota müəyyənləşdiriləcək. Təbii ki, 2 ay neft hasilatında artım baş verməyib. Ona görə də hasilatın artırılması ilə bağlı qərar qəbul ediləcək. Yenidən neftin qiymətlərinin üzü aşağı getməsinə şərait yaranacaq. Ümumilikdə götürəndə, 50 ABŞ dolları həm ölkələr, həm də şirkətlər üçün məqbul qiymətdir. Neftin 60 yox, 55 dollar olması da neft hasil edən ölkələr üçün yaxşı haldır”.
Tural Turan
-
İdman20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO

















.jpg)




















