İqtisadi gündəm
Gömrük postundakı sıxlığa görə qaynar xətt yaradıldı
Hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.
Azərbaycan Respublikası Dəmir Yolları QSC-dən Publika.az-a bildirilib ki, bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir:
“Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir.
Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb”.
Əlaqələndirici şəxslər:
1. Emil Əhmədov – (ADY) Yük daşımalar departamentinin rəisi
050 211 55 32
2. Babək Əliyev – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini
050 210 60 68
3. Elçin Məmmədov – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini
050 403 03 63
4. Ceyhun Ağayev– (DGK) Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi
050 271 85 85
5. Orxan Mikayıl – (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri
050 310 33 55
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi






.jpg)




.jpg)












.jpg)












