İqtisadi gündəm
Xoşqədəm Doğuşla evləndiyini təsdiqlədi
ATV-nn "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Doğuşla evliliyinə aydınlıq gətirdi.
Publika.az xəbər verir ki, evləndiyini təsdiq edən aparıcı bunun bir müddət gizlin saxlanılmasının Doğuşun təşəbbüsü olduğunu dedi.
"Doğuş öz ölkəsində kifayət qədər tanınan adamdı. Mən də öz ölkəmdə. Doğuş dedi, mən istəmirəm media bunu bilsin", - X.Hidayətqızı əlavə etdi.
Yeni həyat yoldaşının dediyini təsdiq edən müğənni bunun müxtəlif şişirtmələrə səbəb olmaması üçün istədiyini dedi.
"Bir iş görürsən, on iş kimi qələmə verirlər",– Doğuş vurğuladı.
Doğuş məhərrəmlikdən sonra həm Türkiyədə, həm də Azərbaycanda dostların iştirakı ilə kiçik bir toy məclisi təşkil edəcəklərini də bildirdi.
Xoşqədəm Hidayətqızı ailə qurması ilə bağlı işini və ölkəsini tərk edəcəyi ilə bağlı informasiyalara da aydınlıq gətirdi.
"Mən ölkmi tərk etməyəcəm. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, incimə, Doğuş, Türkiyə olsa belə. Mən ailəmi və verilişimi sevirəm. Doğuşla birlikdə proqramı daha da gücləndirəcəyik",– o qeyd etdi.
Doğuşun anası da bu evlilikdən şad olduğunu dedi. O qeyd etdi ki, gənclər bir-birini görüb, sevib evləniblər.
"Mən də Xoşqədəm xanımı verilişindən tanıyırdım. Verilişini
izləyirəm. Onun ayrı düşmüş insanları bir-birinə qovuşdurması savab
bir işdi. Mən də çox xoşbəxtəm ki, o da öz sevdiyinə
qovuşdu",– Doğuşun anası vurğuladı.
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?