İqtisadi gündəm
Rəsmi Bakıdan sərt bəyanat: “Bütün məsuliyyəti Ermənistanın üzərinə düşür”
Azərbaycanın Xarici İşlər Nazirliyi son günlər cəbhə xəttində erməni təxribatlarının artması ilə bağlı bəyanat yayıb.
XİN mətbuat xidmətindən Publika.az-a daxil olan bəyanatın mətnində deyilir:
Bu il oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib.
Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb. Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Paris görüşünün nəticəsi olaraq, böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır.
Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
-
Region02:42
İstanbulda AİLƏ FACİƏSİ: arvadını ov tüfəngi ilə öldürdü, sonra... - VİDEO
-
Magazin202:22
Əməkdar artisti döydülər - Polis hərəkətə keçdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq
-
İdman23 May 23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23 May 23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23 May 23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO
-
ABŞ23 May 22:24
102 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI - Həftədə üç gün...
-
Mətbəx23 May 21:48
Bunu ayda bir dəfə edin: paltaryuyan maşınınız öz-özünü təmizləyəcək