İqtisadi gündəm
Hollandiyada “Qarabağda üç nəslin bir soyqırımı” sərgisi - FOTO
Hollandiyanın Lahey şəhərində “Qarabağda üç nəslin bir
soyqırımı” mövzusunda sərgi açılıb.
Sərginin açılışında Türkiyənin dövlət və hökumət üzvləri,
diplomatlar, Hollandiyada fəaliyyət göstərən Azərbaycan və türk
diaspor təşkilatlarının təmsilçiləri, şəhər ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin acı nəticələri, təcavüzkar Ermənistanın işğal altında
saxladığı torpaqlarımızda həyata keçirdiyi soyqırımı aktlar,
xalqımıza qarşı törədilən hərbi cinayətlərin digər məqamları barədə
məlumat verilib. Diqqətə çatdırılıb ki, Ermənistan dövləti
tərəfindən Xocalı soyqırımının törədilməsini təsdiq edən
təkzibolunmaz sənədlər, foto və video materiallar, canlı şahidlər
var. Təəssüf ki, bu hərbi cinayətləri sükutla qarşılayan bəzi
dövlətlər və beynəlxalq təşkilatlar 1915-ci il hadisələrini təhrif
edərək uydurma “erməni soyqırımı” iddiaları ilə çıxış edən
ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə edirlər.
Sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş etdirilir.
Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə
olarkən işgəncə və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi
əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.
Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanır.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...