İqtisadi gündəm
Tramp seçkidə qalib gəlsə, “Bitcoin” bu qədər yüksələcək
Məşhur aktiv idarəetmə şirkəti “Bitwise” meneceri Jeff Park son məqaləsində Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə Bitcoin qiymətinin 92 000 dollara çatacağını proqnozlaşdırmışdı.
Publika.az Valyuta.az-a istinadən xəbər verir ki, “Bitcoin” və kriptovalyutalar ABŞ seçkiləri ilə sıx əlaqədə olsa da, Donald Trampın mümkün qələbəsinin qısa müddətdə BTC qiymətini 90 min dollara qaldıra biləcəyi təxmin edilir. Digər tərəfdən, ehtimal edilir ki, Kamala Harrisin mümkün qələbəsi BTC qiymətini 40.000 dollara endirə bilər.
Jeff Parkın “Bitcoin” üçün yüksək qiymət proqnozu Trampın qələbəsinin kriptovalyutaların qiymətini yüksəldəcəyini gözləyən bir çox ekspert və analitiklər arasında idi.
“Bitcoin” milyonçusu Erik Finman da Trampın seçkiləri qazanacağı təqdirdə Bitcoin-in 100.000 dollara yüksələ biləcəyini bildirib.
Bunun əksinə olaraq, Kamala Harrisi dəstəklədiyini açıqlayan milyarder investor Mark Cuban Tramp seçilərsə, kriptovalyuta bazarlarının yəqin ki, “bir neçə həftəyə” yüksələcəyini, lakin sonra azala biləcəyini qeyd edib. Cuban həmçinin əlavə edib ki, Trampın iqtisadi siyasətləri inflyasiyaya səbəb ola bilər və uzunmüddətli perspektivdə “Bitcoin”in qiymətinə mənfi təsir göstərə bilər.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)














