Yaxın Şərq
Məkkə müqaviləsinin pərdəarxasında qazanan kimdir?
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə imzalanan Məkkə müqaviləsi Vaşinqtonun Yaxın Şərqdə yeganə təhlükəsizlik mərkəzi olmadığını, bölgədə çoxqütblü təhlükəsizlik nizamının formalaşdığını göstərir.
Publika.az xəbər verir ki, bu barədə “Al Monitor” nəşri yazıb.
Nəşr qeyd edib ki, qlobal dinamikadakı dəyişikliyin Pekinin əlinə keçdiyi və onun regional memarlıq vizyonuna uyğun gəldiyi müşahidə edilir. Çinin Məkkə müqaviləsindən faydalandığı üç məqam var.
Birincisi, təhlükəsizliyin şaxələndirilməsi və ABŞ-dan aslılılığın azalmasıdır.
Pekin ardıcıl olaraq ABŞ-ın təsirindən asılı olmayan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasını müdafiə edir. Çin Məkkə müqaviləsini də Yaxın Şərqdə müdafiə sistemlərinin şaxələndirilməsi və ABŞ-ın əsas təhlükəsizlik qarantı kimi mərkəzi rolunun azalması olaraq görür.
İkincisi, Pekinin mövqeyini gücləndirəcək Pakistan amilidir.
Pakistan Çinin ən yaxın hərbi tərəfdaşlarından biridir. Bu ölkənin müqavilədə yer alması dolayısı ilə Çinin də ittifaq daxilində təsirinin yayılmasına kömək edir.
Üçüncüsü, silah ixracının və müdafiə sənayesi əməkdaşlıqlarının genişlənmə imkanlarıdır.
Bölgədə hərbi münaqişələrin kəskinləşməsi dronlara, raket və hava hücumundan müdafiə sistemlərinə tələbatı artırır. Çin burada yeni mənbəyə çevrilə və silah ixracını artıra bilər.
Müəllif: Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)