İqtisadi gündəm
2500 manata satılan lüks avtomobillər - Alanları nə gözləyir?
Məlum məsələdir ki, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti ABŞ-də qəzaya düşmüş maşınlardır. Bu avtomobillərin vəziyyəti barədə VİN kodu vasitəsi ilə "CarFax" etdirməklə tam məlumat almaq mümkündür.
Bəzi avtomobilləri "CarFax" etdirən zaman maşının sığorta statusunda "salvage" yazılır. Bəs bu nə deməkdir? 1000, 1500 dollara satılan "Salvage" kateqoriyalı maşınları almağa dəyər?
Publika.az xəbər verir ki, "salvage" maşın almaq barədə düşünərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır. "Salvage" maşınlar, ümumiyyətlə, ciddi qəzaya düşən, təbii fəlakət, yanğın və ya su zədəsi almış, sığorta şirkətləri tərəfindən dəyərdən düşmüş avtomobillərdir. Bunların bəzi üstünlükləri və çatışmazlıqları var:
"Salvage" maşınlar adi maşınlardan daha ucuz olur. Ucuz qiymət səbəbilə bəzən daha üstün model almaq imkanı yaradır. Maşını yenidən yığmaq və ya ehtiyat hissəsi kimi istifadə etmək istəyənlər üçün bu maşınlar yaxşı seçim ola bilər.
"Salvage" maşınlar əvvəllər ciddi zədələr gördüyü üçün, onların tam güvənli olması şübhəli ola bilər. Hətta yenidən düzəldilsə belə, bu maşınlar gələcəkdə satmaq üçün çətin olacaq və yenidən dəyərdən düşəcəklər. Bəzi sığorta şirkətləri salvage maşınları sığortalamaqda çətinlik yarada bilər və ya tam sığorta xidmətləri təklif etməyə bilər. Bu maşınların bir çoxunda uzunmüddətli texniki problemlər yarana bilər. Yenidən düzəldilsə belə, zamanla əlavə xərc tələb edə bilər.
Əgər bu maşını ehtiyat hissələri üçün almaq və ya qısa müddətli istifadə etmək istəyirsinizsə, uyğun qiymətə tapmaq sərfəli ola bilər. Lakin uzunmüddətli istifadə, təhlükəsizlik və satışı düşünürsünüzsə, "salvage" maşın almaq böyük risk daşıyır. (Milli.az)

-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi














.png)

























