İqtisadi gündəm
Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb - RƏQƏMLƏR
2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın payına düşüb.
Publika.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib.
2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 7 milyard 353 milyon dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon dollar təşkil etmişdi.
2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon dollara bərabər olub. Bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 8 milyon 461 min dollar və ya 0,3% çoxdur.
2023-cü ildə isə qeyri-neft ixracı 3 milyard 348 milyon min dollar təşkil etmişdi.
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?








.jpg)


.jpg)












.jpg)



.jpg)







