İqtisadi gündəm
Bu məhsul kəskin bahalaşacaq: Diqqətli olun, görün əvəzində bizə nə yedirdəcəklər
İqlim dəyişikliyi nəticəsində iri kakao yetişdirən Qana və Fil Dişi Sahili Respublikasında (Kot-d'İvuar) kakao paxlası məhsulu kəskin şəkildə azalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub.
Qeyd edək ki, 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb. Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib.
Ekspertlərin fikrincə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq. Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq qiyməti 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür.
Bildirilir ki, bu biznesin idarə oluna bilməsi üçün şirkətlər müxtəlif tədbirlər görür. Bəziləri məhsulların tərkibindəki kakao miqdarını azaltmaq niyyətindədir, bəziləri isə etiraf ediblər ki, kakao məhsullarının yerinə başqa inqrediyentlərdən istifadə edəcəklər.
Şokolad həvəskarları mümkün qədər ayıq olmalıdır, çünki bir çox vicdansız istehsalçılar kakao adı altında palma yağı və digər əvəzediciləri olan şokolad istehsal edəcəklər.
Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı











.jpg)


.jpg)


.png)





.jpg)
















