İqtisadi gündəm
Rekord rəqəm: Xaricə bu qədər ət satılıb
Rusiyanın ət və sakatat (heyvanın ürəyi, qaraciyəri, böyrəyi, içalatı, baş və ayaqları) ixracı 2024-cü ildə 27 faiz artımla rekord həddə çataraq 700 min ton olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Satışların müxtəlif seqmentlərdə kifayət qədər bərabər artdığı qeyd edilir. Beləliklə, donuz məhsullarının xaricə tədarükü üçdə bir, quşçuluq məhsulları dörddə bir, mal-qara isə 22 faiz artıb.
Ət ixracından əldə edilən məbləğ də təxminən dörddə bir artaraq 24 faiz təşkil edib. Ümumi nəticə tarixin ən yüksək göstəricisi olub - 1,7 milyard dollar. Bu məbləğin təxminən üçdə biri Rusiyada ət alışında lider olan Çindən gəlib. Həmçinin ilk üçlükdə Səudiyyə Ərəbistanı (230 milyon dollar) və Belarus (226 milyon dollar) yer alıb.
Bildirilir ki, 2014-cü ildən bəri Rusiya ətinin xaricə tədarükü 10 dəfə artıb. Bu məlumatı baş nazir Mixail Mişustin verib.
Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı











.jpg)


.jpg)


.png)





.jpg)
















