İqtisadi gündəm
Lirə ilə bağlı proqnoz: İlin sonunda dollar neçəyə olacaq?
ABŞ dollarının Türk lirəsinə nisbəti ilin sonuna qədər 41-42 lirə olacaq.
Publika.az xəbər verir ki, türkiyəli iqtisadçı Hikmət Baydar "RİA Novosti"yə bildirib ki, məzənnə manipulyasiya cəhdlərinə baxmayaraq sabit qala bilib.
"Ekonomim" Mərkəzi Bankın sədri Fatih Karahan ilə videokonfransda iştirak edən mənbələrə istinadən xəbər verib ki, Türkiyə Mərkəzi Bankı ölkədəki etirazlar fonunda lirənin məzənnəsini saxlamaq üçün 25 milyard dollar satıb.
İmamoğlunun həbsi fonunda avronun türk lirəsi ilə məzənnəsi 10%-dən çox bahalaşaraq ilk dəfə olaraq 41 lirəni ötüb. Ərdoğan bildirib ki, hakimiyyət Türkiyədə etirazlar fonunda maliyyə bazarlarında yaranmış təlatümləri aradan qaldırmaq üçün alternativ vasitələrə malikdir.
"Biz ilin sonuna kimi ümumi tendensiyanın 41-42 lirə civarında olacağını gözləyirik. Manipulyasiya cəhdlərinə baxmayaraq, məzənnə sabit qalıb. Mümkündür ki, aylıq olaraq inflyasiyadan aşağı artım olacaq", - bank sektorundakı ekspertlər vurğulayıb.
Qeyd edək ki, Almaniyanın "Commerzbank"ı ilin sonunda ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi ilə bağlı proqnozunu 38-dən 42-yə qaldırıb. Təşkilatın gözləntilərinə əsasən, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi fonunda siyasi qeyri-müəyyənlik respublikanın milli valyutasının ucuzlaşmasına səbəb olacaq.
Adəm Abbaslı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı










.jpg)






















