İqtisadi gündəm
Azərbaycanla Dünya Bankı arasında yeni layihələrlə bağlı MÜZAKİRƏ
Azərbaycan Dünya Bankı ilə yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır.
Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edərkən deyib.
Görüşdə Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin hazırkı icra vəziyyəti, həmçinin IFC ilə əməkdaşlıq və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.
R. Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdırıb, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Bankın dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
S.Babayev isə Azərbaycanın Dünya Bankı Qrupu ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, ölkəmizin bu maliyyə institutu ilə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı










.jpg)






















