İqtisadi gündəm
“Güzəştli mənzil”lərin ödənişləri dəyişə bilər? - Aylıq 450 manat…
İpoteka və Kredit Zəmanət Fondunun satışa çıxardığı güzəştli mənzillər müxtəlif aspektlərdən qiymətləndirilir. Xüsusilə evlərin aylıq ödənişlərinin çox olması narazılıqla qarşılanır. Məsələn, ötən gün Bakıda satışa çıxarılan 213 mənzilin aylıq ödənişi 954 manatdan başlayır. Bəzi vətəndaşlar qeyd edilən rəqəmin reallıqla səsləşmədiyini bildirirlər.
Güzəştli mənzillər əslində hansı qiymətə satılmalıdır?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, “Güzəştli mənzil” proqramının əsas məqsədi gənc ailələrə, müəllimlərə, həkimlərə və digər sosial qruplara münasib qiymətə ev sahibi olmaq imkanı yaratmaqdır.
Onun fikrincə, 954 manat aylıq ödəniş, xüsusilə orta aylıq maaşın 900-1000 manat olduğu bir ölkədə əhalinin əksəriyyəti üçün əlçatan deyil:
“Hazırda Bakının Masazır, Xırdalan, Həzi Aslanov kimi ərazilərində 60 kvadrat metrlik yeni mənzillərin qiyməti 60-90 min manat aralığındadır. Bu isə o deməkdir ki, bəzi bölgələrdə güzəştli mənzillər bazar qiymətindən daha baha təklif olunur. Halbuki güzəştli mənzillər məhz bazar qiymətindən aşağı təkliflərlə fərqlənməlidir. Orta aylıq əməkhaqqı və sosial təbəqənin maliyyə imkanları nəzərə alınaraq, qiymətlər maksimum 70-90 min manat olmalıdır. Aylıq ödənişlər isə 450-600 manat səviyyəsində müəyyənləşdirilməlidir”.
İqtisadçı qeyd edib ki, “Güzəştli mənzil” proqramı ilkin məqsədindən uzaqlaşır:
“Qiymətlərin real əməkhaqqı ilə uyğunlaşdırılması və daha şəffaf mexanizmlərin tətbiqi bu sahədə inamı bərpa edə bilər. Əks halda “güzəştli” anlayışı sadəcə formal xarakter daşıyacaq”.
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO





































